Icma.az
close
up
RU
Paşinyan Roma Papsından nə istəyəcək? (ŞƏRH)

Paşinyan Roma Papsından nə istəyəcək? (ŞƏRH)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Paşinyan Vatikanla münasibətlərdə yeni səhifə açmaq niyyətindədir. Ancaq onun Vatikana səfəri sadəcə prezentasiya xarakterli olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tofiq Abbasov Ermənistan baş naziri Nikol Paşinyanın Vatikana səfərini şərh edərkən deyib.

Tofiq Abbasov bildirib ki, Vatikanla Ermənistan arasında müəyyən münasibətlər var:

"İrəvanın bu münasibətlərdən gözləntiləri həmişə həddən artıq böyük olub. Hətta Serj Sarkisyanın dövründə kürəkəni Vatikanda səfir işləyib. Bu dövrdə onların əsas fəaliyyəti 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100 illiyilə bağlı həmin tarixin geniş formatda qeyd olunmasına nail olmaq üçün Vatikanın əlindən gələn dəstəyi göstərməsinə hesablanmışdı. Ancaq həmin dövrdə İrəvan Vatikanın cüzi dəstəyinə nail oldu. Cəmi 4 lider həmin dövrdə İrəvana səfər etdi. 1694-cü ildə Vatikanda xristian əhalinin Qafqaza köçürülməsi müzakirə obyekti olub".


Müasir dövrdə Vatikanın dövlət olaraq prioritetlərinin olduğunu deyən həmsöhbətimiz İrəvanın da bu prioritetlər sırasında özünə də yer etməyə çalışdığını qeyd edir: 

"Ermənistan Vatikan vasitəsilə çalışır ki, dünyanın geosiyasi aləmində qüvvələr nisbətini öz xeyrinə dəyişsin. Ancaq bu  alınmayacaq. Vatikanla Azərbaycanın  gözəl münasibətləri var. İtaliya da Azərbaycanın ən yaxın dostudur".

Ekspert düşünür ki, Paşinyan bu səfərlə Vatikanla münasibətlərdə yeni səhifə açmağa çalışacaq:

"Paşinyan Papa ilə münasibətlərin yeni start məqamına qədəm qoyulmasına çalışır ki, İrəvanın Vatikana lazım olduğuna onu inandıra bilsin. Bu sadəcə  bir prezentasiya xarakterli səfər olacaq.  Ondan böyük gözləntilər gözləmək əbəsdir. Paşinyan sadəcə bu səfərlə ölkə  daxilində öz elektoratını artırmağa çalışacaq".

Qeyd edək ki, Ermənsitan mətbuatı baş nazir Nikol Paşinyanın noyabrın 18-də Vatikana işgüzar səfərə gedəcəyini yazıb. Burada onun Roma Papası I Fransisklə  görüşəcəyi iddia edilir. 

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see285

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see254

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see243

Küçə lampalarını əvəz edə biləcək bitkilər yetişdirildi

11 Avqust 2026 02:18see212

Prezident ordunu ayağa qaldırdı Fövqəladə vəziyyət elan olundu

11 Avqust 2026 01:56see205

Ərdoğana sui qəsd hazırlayan FETÖ çülər saxlanıldı

10 Avqust 2026 22:34see203

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see202

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see199

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see197

Ceki Can Bakıda restoranda bu mahnını dinlədi VİDEO

11 Avqust 2026 00:53see194

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

11 Avqust 2026 01:45see190

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see188

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

10 Avqust 2026 00:31see186

“Moody’s” ölkəmizin kredit reytinqini yüksək dəyərləndirib

10 Avqust 2026 19:00see185

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see177

Samsung bu modüllərlə yollarını ayırır: SİYAHI

11 Avqust 2026 02:24see177

“Agentstvo“: Vyanada 20 Rusiya diplomatı xüsusi xidmətlərlə bağlıdır

10 Avqust 2026 23:05see173

Messi atası ilə vida mərasimində görüntüləndi FOTO/VİDEO

10 Avqust 2026 01:31see164

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see157

Rusiya Müdafiə Nazirliyi: Ötən gün 285 Ukrayna PUA sı vurulub

09 Avqust 2026 22:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri