Paşinyan Rusiya ilə köhnə dövrün bitdiyini elan etdi Zaxarova çaş baş qaldı
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin əvvəlki kimi olmayacağı barədə bəyanatı Moskvada reaksiya doğurub.
Turkustan.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Paşinyanın bu sözlərlə konkret nəyi nəzərdə tutduğunu anlamaq lazım olduğunu bildirib.
“Bəlkə o, münasibətlərin yalnız daha yaxşı olacağını nəzərdə tutub. Gəlin, bununla bağlı dəqiqləşdirməni gözləyək və sonra şərh edək”, – Zaxarova deyib.
Xatırladaq ki, Paşinyan yaxın günlərdə “Bun TV”yə müsahibəsində Ermənistan-Rusiya münasibətlərinin qaçılmaz şəkildə dəyişəcəyini və artıq əvvəlki kimi olmayacağını bildirmişdi. “Kim hakimiyyətdə olursa-olsun, Ermənistan və Rusiya arasındakı münasibətlər əvvəlki kimi olmayacaq”, – deyə o vurğulamışdı.
Paşinyan bunu regiondakı vəziyyətin dəyişməsi ilə əlaqələndirmişdi. Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin əvvəlki formatda qalması üçün Ermənistan yenidən münaqişəyə cəlb olunmalıdır./musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 01 Oktyabr 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















