Icma.az
close
up
RU
Paşinyan SOROSun əsas agentini niyə vurdu?

Paşinyan SOROSun əsas agentini niyə vurdu?

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Onun yerinə Miqrasiya Xidmətinin keçmiş rəhbəri Armen Kazaryan gətirilib.
Ermənistan DİN-ə qərbyönümlü Arpine rəhbərlik edəcək Bu gün isə Ermənistan mediası mövzu ilə bağlı diqqət çəkən məlumatlar yayıb. İddia olunur ki, daxili işlər nazirinin müavini sorosçu idi. “Hraparak” qəzeti yazıb ki, “Soros”un nazirlik daxilindəki əsas fiquru nəinki tutduğu vəzifədən, ümumilikdə struktura aid bütün işlərdən, sistemdən uzaqlaşdırılıb.
Qəzetin yazdığına görə, yeni nazir Arpine Sarkisyan "Soros"un agenti sayılan və nazirlikdə xüsusi ambisiyaları olan Ambaryandan qurtulmağa tələsirmiş.
Məqalə müəllifi iddia edib ki, o, keçmiş DİN rəhbəri Vahe Kazaryanın bu günlərdə işdən çıxarılmasından sonra nazir postunu tutacağını gözləyirmiş: "Bütün bu müddət ərzində o, Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin ayağını altını fəal şəkildə qazırdı”.
Qeyd edək ki, sorosçu Ambaryan struktur dəyişiklikləri və Daxili İşlər Nazirliyinin yaradılmasından sonra 2023-cü ilin yanvarında müavin təyin edilmişdi. Bundan əvvəl o, sonradan Daxili İşlər Nazirliyinin tərkibinə daxil olan Fövqəladə Hallar Nazirliyinin rəis müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, bir neçə gün öncə daxili işlər naziri Vahe Qazaryanın digər rəsmilərlə birlikdə baş nazir Nikol Paşinyanın xahişi ilə istefa verməsi xəbəri yayılmışdı. Bundan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan bir neçə sərəncam imzaladı. Sərəncamlara əsasən, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ilə Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan öz vəzifələrini rəsmən tərk etdilər.
Ümumilikdə isə ölkədə istefa şousu cərəyan etdi. Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, İstintaq Komitəsinin rəisi Argişti Kərəmyan vəzifədən uzaqlaşdırılıblar. Bundan başqa, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryan və Ali Məhkəmə Şurasının rəhbəri Karen Andreasyan da vəzifələrini tərk ediblər.
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://azvision.az
archiveBu xəbər 28 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri