Icma.az
close
up
RU
“Paşinyan sülhə, sabitliyə yeganə əngəli ortadan qaldırmalıdır”

“Paşinyan sülhə, sabitliyə yeganə əngəli ortadan qaldırmalıdır”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya son müsahibəsində Azərbaycanla sülh prosesi barədə yenə nikbin danışıb. Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. İkincisi baş nazir bildirib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır. Paşinyan hətta onu da söyləyib ki, sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır”.

Moderator.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasına son müsahibəsindəki fikirlərə münasibət bildirərkən deyib.

Siyasi ekspert qeyd edib ki, ilin sonuna cəmi bir ay qalıb. Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözlərindən belə çıxır ki, o dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa çalışacaq:

“Belədirsə, Nikol Paşinyan bir ay ərzində Ermənistan Konstutisiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi hansısa yolla əsas qanundan çıxarmalıdır. Bunsuz sülh sazişinin imzalanması mümkün deyil. Aydındır ki, Konstitusiya dəyişikliyini reallaşdırmaq üçün referendum keçirməyə vaxt yoxdur. Paşinyan və onun komanda üzvləri referendumu növbəti parlament seçkilərindən sonraya saxlayıblar”.

E.Şahinoğlunun sözlərinə görə, Paşinyanın mövqeyi belədir ki, Ermənistan Konstitusiyası özündə Azərbaycan ərazisinə iddianı əks etdirən Müstəqillik Bəyannaməsinə yalnız qismən istinad edir:

“Halbuki, həmin bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı konkret müddəa yer alıb və Ermənistan Konstitusiyasında bu müddəya istinad var. Ona görə Paşinyan də əsas qanunda Müstəqillik Bəyannatından qurtulmağın bir yolunu tapmalıdır. Əks halda Paşinyanın bu ilin sonuna qədər sülh sazişinin imzalanması ümidi doğrulmayacaq. Rəsmi Bakının Ermənistan Konstitusiyasında dəyişiklik məsələsində geri addım atmayacağını Paşinyan və onun komandası anlamamış deyil. Konstitusiyadakı müddəa sülh sazişinin imzalanmasının qarşısındakı yeganə əngəldir. İki ölkə arasında sərhəd danışıqları davam edir, tərəflər Zəngəzur dəhlizi ilə bağlı da ortaq məxrəcə gəlməyə çalışırlar – bu iki istiqamətdə irəliləyişlər var. Paşinyan avqustun sonunda veridiyi açıqlamada Prezident İlham Əliyevin digər tələbi olan Minsk Qrupundan rəsmən imtina etməyə hazır olduğuna da eyyham vurub. Deməli, Paşinyan sülhə, sabitliyə və çox arzuladığı regional əməkdaşlığa yeganə əngəli ortadan qaldırmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Noyabr 2024 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see303

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see270

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see266

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see265

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see255

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see255

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see249

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see248

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see247

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see235

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see226

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see225

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see213

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see211

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see210

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see210

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see207

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see198

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see197

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri