Paşinyan tarix verdi, müharibə ola bilər dedi: Azərbaycanla bağlı çağırış
GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ödənişli vasitələrlə, hətta süni intellektdən istifadə edərək mənim Dubayda, Fransada, Los-Ancelesdə evim olduğunu yazırlar. Guya ailə üzvlərim Ermənistanda və başqa müxtəlif ölkələrdə bizneslərə sahibdir. Hətta İsveçrə banklarında milyonlar saxladığımızı, orqan satdığımızı iddia edir, bizi azyaşlılara cinsi istismar məsələlərinə qarışmaqda günahlandırırlar”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bütün iddiaları və yayılan məlumatları “hibrid müharibə” adlandırıb:
“Deyirlər ki, müxalifət sülhə qarşı deyil. Amma eyni zamanda hakimiyyətə gəlsələr, sülhü yenidən nəzərdən keçirəcəklərini də vurğulayırlar. Mən çox açıq, heç bir yumşaldıcı ifadə olmadan demək istəyirəm: Bu, həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinin itirilməsi təhlükəsinin olduğu bir hibrid müharibədir. Onların söylədiyi mətnlərin çoxunu hətta özləri də başa düşmür, bu sözlər başqa yerlərdə yazılıb və onlar sadəcə oxucu rolundadırlar. Bütün bu qüvvələr sülhün reviziyası mövqeyindən çıxış edirlər, bu isə qaçılmaz müharibə deməkdir, üstəlik seçkilərdən sonra çox keçmədən – maksimum payızda baş verə bilər”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 19 Mart 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















