Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Paşinyan “Tramp marşrutu”nun önəmindən danışdı DETALLAR

Paşinyan “Tramp marşrutu”nun önəmindən danışdı DETALLAR

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Tramp marşrutu” (TRIPP, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsi) Ermənistana MDB ölkələri ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən sammitində belə deyib.

“Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişədən sonra sülh bərqərar olub. “Tramp marşrutu” Ermənistana MDB-yə üzv dövlətlər ilə dəmir yolu və digər nəqliyyat kommunikasiyalarına malik olmağa imkan verəcək. Bu, MDB çərçivəsində iqtisadi əlaqələri möhkəmləndirməyə və Birlik üçün yeni ixrac və idxal imkanları açaraq təşkilatın səmərəliliyini artırmağa imkan verəcək”, - deyə o qeyd edib.

Nikol Paşinyanın bu çıxışı Ermənistanın gələcək iqtisadi strategiyasını “Orta Dəhliz” vasitəsilə ticarət əlaqələrinin yaradılmasında gördüyünü deməyə əsas verir.

Yəni “Sülh kəsişməsi” layihəsinin ciddi qəbul edilmədiyini anlayan Ermənistan hakimiyyəti Asiya, Avropa, Türkiyə, Rusiya və İran bazarlarına sərbəst çıxışın yalnız “Orta Dəhliz” üzərindən mümkün olduğunu etiraf edir.

Çünki bu ticarət əməliyyatlarının əsas hissəsini “Tramp marşrutu” ilə həyata keçiriləcək tranzit daşımaları təşkil edəcək. Ermənistanın əldə etdiyi tranzit gəlirləri iqtisadi böhrana son qoyulmasında mühüm rol oynamaqla yanaşı, Rusiyadan asılılığı da azalda bilər.

Eyni zamanda, Ermənistana məxsus yüklər, nəqliyyat vasitələri və sərnişinlər Azərbaycan ərazisndən keçməklə Rusiya, Mərkəzi Asiya, Türkiyə və İran istiqamətində daşınmaq imkanı qazanacaq. Öz növbəsində, MDB ölkələri ilə Ermənistan arasında aparılan ticarət əməliyyatları Azərbaycan üzərindən, yəni “Orta Dəhliz”lə və onun əsas arteriyasına çevriləcək “Tramp marşrutu”  ilə həyata keçiriləcək. 

Hazırda Azərbaycanla sülh müqaviləsinin olmaması və nəqliyat-kommunikasiya əlaqələrinin bağlı qalması Ermənistanla Mərkəzi Asiya arasında birbaşa ticarət əməliyyatlarının aparılmasını mümkünsüz edir.

Eyni vəziyyət Çinlə idxal-ixrac əməliyyatlarına da aiddir. İran və Rusiya  ərazisindən keçməklə yüklərin daşınması isə xeyli vaxt aparır. Ermənistanla Rusiya arasında yeganə nəqliyyat əlaqəsi Gürcüstanın şimalındakı Yuxarı Lars yoludur. Payız və qış aylarında əlverişsiz hava şəraiti ilə əlaqədar yolun bağlanması Ermənistanı əlavə blokdaya salır.

Ona görə də Ermənistan üçün Zəngəzur dəhlizinin açılması həm Mərkəzi Asiya və Çin, həm də Rusiya ilə daşımaların daha qısa məsafədə həyata keçirilməsini təmin etmək imkanı yaradır. “Tramp marşrutu”nun fəaliyyətə başlaması Ermənistanın Türkiyə ilə sərhədlərinin də açılması deməkdir.

Bu isə Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanı yaratmaqla yanaşı, Ermənistanın Qərbə inteqrasiyasını təmin edə biləcək yeganə amildir. Ermənistan coğrafi mövqeyinə görə Türkiyə ilə münasibətləri normallaşdırmadan Avropa İttifaqına inteqrasiya edə bilməz.

İki ölkə arasında sərhədlərin və kommunikasiyaların açılması Türkiyə investisiya kapitalının Ermənistan iqtisadiyyatına cəlb olunmasına şəriat yarada bilər ki, bu da Rusiyadan asılılığı minimuma endirəcək. Nikol Paşinyanın “TRIPP” layihəsinə marağının artması məhz qeyd edilən amillərlə izah oluna bilər. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri