Icma.az
close
up
RU
Paşinyan: Tramp yolu ndan elektrik və qaz xətləri çəkiləcək

Paşinyan: Tramp yolu ndan elektrik və qaz xətləri çəkiləcək

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan paytaxt İrəvanda keçirilən regional təhlükəsizlik üzrə konfransda dilə gətirib. O, avqust ayının 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin imzaladıqları sənədə əsasən, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (qısaca "Tramp yolu") layihəsinin iki ssenari üzrə həyata keçirilə biləcəyini diqqətə çatdırıb.
"Ermənistan ABŞ ilə Sünikdən keçən "Tramp yolu"nun 49 və ya 99 il müddətinə icarəyə götürülməsi ilə əlaqədar iki ssenari üzərində müzakirələr aparır. Müddətlər, əlbəttə, investisiyalardan asılıdır. İnvestorların öz sərmayələrini müəyyən mənfəətlə birgə geri götürə bilməsi üçün vaxt və zəmanət lazımdır", – hökumət başçısı söyləyib.
O öz çıxışında həmçinin keçən ayın əvvəlində Danimarkanın paytaxtı Kopenhagen şəhərində keçirilmiş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyevlə görüşünü də xatırladıb. Bildirib ki, həmin vaxt Azərbaycan lideri ilə "Tramp yolu" boyunca elektrik və qaz xətlərinin çəkilişi barədə fikir mübadiləsi aparıb, tərəflər razılığa gəliblər.
Nikol Paşinyan, eyni zamanda, vurğulayıb ki, İrəvan bu müzakirələrdə, yəni layihənin icrasında hər hansı siyasi komponent görmür: "Layihə yalnız maliyyə məzmunludur və iqtisadi xarakter daşıyır".
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.
Paşinyan: "Yük axınları yenidən bölüşdürülür"
Digər tərəfdən, İran hökuməti ölkənin cənub ucqarındakı Çabahar limanından cənub-şərqdəki Zahidan şəhərinə uzanan dəmir yolu layihəsinin başa çatdırılması üçün fəal işə başlayıb. Avqustun 29-da İranın icra işləri üzrə vitse-prezidenti Məhəmmədcəfər Qaimpənah yerli mətbuata açıqlamasında məlumat verib ki, layihə tamamlananda həm ölkənin dəmir yolu şəbəkəsinə, həm də beynəlxalq dəhlizlərə qoşulacaq. Onun sözlərinə görə, xətt vasitəsilə Çabahar limanından ölkənin şimalına, oradan isə Qafqaza, Rusiyaya və Avropaya zəruri mallar daşınacaq. Beləliklə, İranın regional və qlobal ticarətdə rolu güclənəcək.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://azvision.az
archiveBu xəbər 14 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri