Icma.az
close
up
RU
Paşinyan tülkülük edir, səmimi olsa, polis müdaxilə edərdi

Paşinyan tülkülük edir, səmimi olsa, polis müdaxilə edərdi

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvanda ötən gün qondarma "erməni soyqırımı"na həsr olunmuş məşəl yürüşü keçirilib. Bu zaman ermənilər Azərbaycan və Türkiyə dövlət bayraqlarını yandırıblar.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlüksəzilik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Xocalıdan olan deputat Elman Məmmədov bildirib ki, ermənilər Azərbaycan və Türkiyə dövlət bayraqlarını yandırırlarsa, sülhdən danışmaq mümkün deyil:

“Bu hadisələr ardıcıl olaraq uzun illərdir ki, davam edir. Hər il özlərinin bizə-türk müsəlmanlara, azərbaycanlılara qarşı törətdikləri hərkətlərini bizim adımıza yazıb “erməni soyqırımı” kimi dünyaya təqdim ediblər. Hətta Sovet hökuməti də bunlara belə hərəkət etməyə icazə verirdi. Hər il aprelin 24-də yaramaz, murdar hərəkətlər  edirdilər. Hətta Qərbi Azərbaycanlılar öz yurd-yuvalarında yaşadıqları zamanlarda onların aprelin 24-də müəyyən yerlərdə küçəyə çıxmasını, tədbirlər keçirməsini qadağan etmişdilər. Bu gün də ermənilərin hərəkətləri  davam edir. Ermənilər maraqları çərçivəsində özlərinəməxsus hiyləgərliklərini işə salıb dünyaya bəyan edirlər ki, Türkiyə ilə birgə yaşamağa, sərhədlərin açılmasına və Azərbaycanla sülh sazişi imzalamağa hazırdılar. Bunu dildə deyirlər,  əməlləri isə türk və Azərbaycan düşmənçiliyidir. Onlar bu gün dövlət bayrağımızı yandırıb, bizə qarşı düşmənçilik, faşist ideologiyasına əsaslanan şüarlar səsləndirirlərsə, bir ucdan silahlanmanı davam etdirirlərsə, hansı sülhdən danışmaq mümkündür, bunlara necə etibar etmək olar? İrəvanda törətdikləri son təxribat bunların əsl üzlərini, bizə münasibətlərinin necə olmasını, gələcək üçün hansı məkrli planlar hazırladıqlarını bir daha təsbit edir".

E. Məmmədov Paşinyanın hadisə ilə bağlı çıxışını isə "tülkülük" adlandırıb:

"Paşinyan əgər bunun əleyhinədirsə, onda  Ermənistanda kifayət qədər hüquq-mühafizə qüvvələrinin imkanları var ki bunların qarşısını alsın. Amma özləri də iştirak edirlər. Paşinyan da artistlik, təlxəklik edərək bunun əleyhinə  bəyanatlar verir. Əslində isə Paşinyan həmişə qatı düşmənlərdən biri olub. İndi Baş nazir olduğu üçün dünyaya özünü mədəni,sülhpərvər kimi  qələmə verir. Həqiqətdə isə iç üzü başqadır".

Deputat Avropanın səssiz qalmasından da danışıb:

"Avropa bu işğalçı, terrorçu dövlətlə bünövrədən əlbirdir. Osmanlını parçalayıb, bölüşdürmək məsələsində  həmin Avropa dövlətləri ermənilərə də yer ayırmışdı. Həmin Avropa dövlətləridir, sadəcə olaraq tarix, xarici görünüşləri, geyimləri dəyişib. İç üzləri, ideologiyaları isə olduğu kimi qalır. Bunlar ermənilərə qarşı heç bir cəza tədbiri görməyiblər, görmürlər və görməyəcəklər. Əksinə erməniləri bu bölgədə əllərində alət kim istifadə ediblər,  bu gün də edirlər, gələcəkdə də edəcəklər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri