Icma.az
close
up
RU
Paşinyan Vardanyanın işi ilə bağlı Trampa məktub göndərməkdən imtina edib Media

Paşinyan Vardanyanın işi ilə bağlı Trampa məktub göndərməkdən imtina edib Media

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampa həbsdə olan Ruben Vardanyanın azadlığa buraxılması üçün kömək istəməsi ilə bağlı məktub göndərməkdən imtina edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Verilən məlumatına görə, ABŞ-dakı erməni diasporunun nüfuzlu nümayəndələri Trampın kürəkəni Kared Kuşnerlə əlaqə saxlayıb və o, prezidenti vəziyyətə müdaxilə etməyə razı salıb. ABŞ-ın Ermənistandakı səfiri Lilit Makunts vasitəsilə Paşinyana Trampa rəsmi məktub göndərmək təklifi verilib. Lakin Paşinyan Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar prosesinə zərər vurmaq riskini əsas gətirərək bu təşəbbüsü rədd edib.

Qeyd edək ki, bundan əvvəl Vardanyanın beynəlxalq hüquq məsləhətçisi Jared Genser mətbuata müsahibəsində qeyd edib ki, Bakıda məhkəmə prosesinin gedişi çətin ki, danışıqlardan və ya sülh sazişinin imzalanmasından asılı olsun. Onun sözlərinə görə, sülh müqaviləsi layihəsində onların məsələsi nəzərdə tutulmadığından məhbusların azadlığa buraxılması istənilən vaxt mümkündür. Çox güman ki, onların azad edilməsi müqavilənin imzalanması ilə paralel olaraq razılaşdırıla bilər, lakin onun bir hissəsi olmayacaq.

Genser həmçinin qeyd edib ki, İrəvan yardım üçün üçüncü ölkələrə müraciət edə bilər - məhbusların vəziyyəti haqqında məlumat almaq və onların diplomatlarının məhkəmə iclaslarında və ya beynəlxalq təşkilatlarda iştirakı üçün.

Onu da əlavə edək ki, Ermənistanda cərəyan edən son siyasi hadisər fonunda Nikol Paşinyanın Ruben Vardanyanı azdlıqda görmək istəməsi siyasi intihar olardı. Görünür, daha çox  bu amilə görə  Baş nazir Trampa məktub göndərmək istəməyib.

Yanvarın 17-dən Bakıda Azərbaycan - Ermənistan arasında hərbi-siyasi münaqişə yaratmaq və ona rəhbərlik edən nümayəndələrin məhkəməsi aparılır. Mühakimə olunanlar arasında Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, Ruben Vardanyan, Levon Mnatsakanyan, David Manukyan, David Babayan və David Assembli var.

Vardanyanın işi ayrıca icraata ayrılıb. Onun materialların digər təqsirləndirilən şəxslərin işi ilə birləşdirilməsini xahiş etməsinə baxmayaraq, məhkəmə 422 cilddən 400-nə ayrıca baxılmasını qərara alıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 İyul 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri