Icma.az
close
up
RU
Paşinyan Zəngəzur dəhlizinə razıdır “Azərbaycanla ticarət əlaqələrinin bərpasında maraqlıyıq”

Paşinyan Zəngəzur dəhlizinə razıdır “Azərbaycanla ticarət əlaqələrinin bərpasında maraqlıyıq”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri bugünkü mətbuat konfransında ölkəsinin Zəngəzur dəhlizinin açılmasına razı olduğuna işarə edib.

“AzPolitika” xəbər verir ki, Nikol Paşinyanın dediyinə görə, hökumət bu istiqamətdə yol infrastrukturuna investisiya cəlb edəcək və müəyyən funksiyaları yerinə yetirəcək şirkətin yaradılmasını müzakirə edir. Paşinyanın sözlərinə görə, Ermənistan qanunvericiliyi bu cür tikinti hüququnu təmin edir. Şirkət yollara, boru kəmərlərinə, elektrik xətlərinə pul yatıra bilər. Müqavilə başa çatdıqdan sonra isə bu infrastruktur istənilən halda dövlətin mülkiyyətində qalacaq: “Amma bütün bu variantlar müzakirə olunur və yekun qərar verilməyib” - , deyə o, mətbuat konfransında bildirib.

Baş nazir daha əvvəl də belə layihələrin olduğunu qeyd edərək, Zvartnots hava limanını, Cənubi Qafqaz dəmir yolunu və ölkənin su təchizatı sistemini misal göstərib. "Biz Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində regional kommunikasiyaların açılması prosesini müzakirə etdik və müzakirə edirik. Biz Azərbaycanla ikitərəfli ticarət əlaqələrinin bərpasında, Ermənistan ərazisindən Azərbaycana və ya üçüncü ölkələrə kommunikasiyanın təmin edilməsində, o cümlədən Ermənistanın Azərbaycan ərazisindən üçüncü ölkələrə çıxışının təmin edilməsində maraqlıyıq", - Paşinyan qeyd edib.

Baş nazir əlavə edib ki, İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl bunu paraf edə bilərlər. Onun sözlərinə görə, Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq yolunda heç bir fürsəti əldən vermir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirmişdi ki, ABŞ Azərbaycanın əsas ərazisini onun Naxçıvan bölgəsi ilə birləşdirəcək nəqliyyat kommunikasiyalarının (Zəngəzur dəhlizi) idarəçiliyini öz üzərinə götürməyə hazırdır. Bundan əlavə, Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında birbaşa danışıqlar zamanı diplomatik mənbələr ABŞ administrasiyasının Zəngəzur dəhlizi ilə bağlı tərəflərə öz planını təqdim etdiyini bildirib.

Karneqi Fondunun yaydığı son hesabatda deyilir ki, bu plana əsasən, dəhliz üzərində gömrük nəzarəti özəl Amerika şirkətinə veriləcək.

Paşinyan mətbuat konfransında Ermənistan, Rusiya və Azərbaycan hökumətlərinin baş nazir müavinləri formatında işçi qrupunun fəaliyyətindən də danışıb. O qeyd edib ki, bu format uzun müddətdir fəaliyyət göstərmir. Onun sözlərinə görə, bu, “açıq desək, inamsızlıq üzündən baş verib”. Söhbət Rusiyaya qarşı inamsızlıqdan gedir…

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 İyul 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri