Icma.az
close
up
RU
Paşinyana müxalifətdən yeni həmlə Olqarxlar birləşmək üçün danışıqlara başlayıb

Paşinyana müxalifətdən yeni həmlə Olqarxlar birləşmək üçün danışıqlara başlayıb

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanda Nikol Paşinyan hökumətinə qarşı müxalif qüvvələrin bir araya gəlməsi üçün danışıqlar prosesinə start verilib. "Güclü Erməniston" alyansının lideri, ev dustaqlığında olan iş adamı Samvel Karapetyan müxalifətin konsolidasiyası istiqamətində müzakirələrin başladığını bəyan edib.

Karapetyanın sözlərinə görə, əsas hədəf hakimiyyətin birdəfəlik və qanuni yolla kənarlaşdırılmasıdır. Danışıqlar prosesinin parlament mandatları və küçə etirazlarının sintezi şəklində aparılması planlaşdırılır. 

İş adamı əsas müxalifət liderlərinin bir çoxunun həbsdə olduğunu xatırladaraq, hazırda azadlıqda olan nümayəndələrlə kontaktların qurulduğunu bildirib: "Hakimiyyəti kənarlaşdırmaq məsələsində səmimiliyinə inandığımız bütün qüvvələrlə əməkdaşlıq edəcəyik. Lakin özünü müxalifət kimi göstərən, əslində isə proksi olan qüvvələr də var".

Erməni mediasının əldə etdiyi məlumata görə, konsolidasiya müzakirələri ikinci prezident Robert Köçəryan, birinci prezident Levon Ter-Petrosyan və iş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi siyasi düşərgələrlə aparılır. "Hayastan" fraksiyasının deputatı İşxan Saqatelyan da Karapetyanla görüşdüyünü və birgə mübarizə imkanlarının nəzərdən keçirildiyini təsdiqləyib.

Xatırladaq ki, Ermənistanda seçkilərdən sonra müxalifət liderlərinə qarşı təzyiqlər kəskinləşib. Qaqik Tsarukyan həbs olunub və obyektləri dövlət idarəçiliyinə verilib, Robert Köçəryana qarşı yeni cinayət işi açılıb. İş adamı Samvel Karapetyan isə hələ bir il əvvəl - Erməni Həvari kilsəsini müdafiə etdikdən dərhal sonra hakimiyyəti qəsb etməyə çağırış və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb. Nikol Paşinyan isə bu koalisiyanı "üçbaşlı partiya" adlandıraraq onları seçki rüşvəti verməkdə və qanunsuzluqda günahlandırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri