Icma.az
close
up
RU
Paşinyandan Berlində nikbin açıqlamalar “Regionda geniş imkanlar açılır...”

Paşinyandan Berlində nikbin açıqlamalar “Regionda geniş imkanlar açılır...”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Berlində - Almaniyanın Xarici Münasibətlər Cəmiyyətində çıxışı zamanı “TRIPP yolu” layihəsinin, həmçinin Ermənistan–Türkiyə kommunikasiyalarının açılmasının böyük geoiqtisadi potensial daşıdığını bildirib.

Paşinyanın sözlərinə görə, “TRIPP Route” layihəsi və Ankara–İrəvan arasında nəqliyyat əlaqələrinin bərpası Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz bağlantını təmin etməklə Orta Dəhlizin əsas hissələrindən birinə çevrilə bilər.

Baş nazir qeyd edib ki, İrəvan Vaşinqtonla layihənin həyata keçirilməsi ilə bağlı intensiv danışıqlar aparır: “ABŞ tərəfdaşlarımızla “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsinin ümumi icra şərtləri üzrə aktiv müzakirələr aparırıq”.

Paşinyan onu da açıqlayıb ki, “TRIPP Company” adlı erməni-amerikan birgə şirkəti Ermənistanda qeydiyyatdan keçiriləcək və layihə çərçivəsində dəmir yolu, avtomobil yolu, neft və qaz kəmərləri, eləcə də optik fiber rabitə xətlərinin infrastrukturunu inşa etmək və inkişaf etdirmək hüququna malik olacaq.

Baş nazirin sözlərinə görə, artıq gələn ildən layihənin real icrası və tikinti mərhələsinə keçid nəzərdə tutulur.

Paşinyan çıxışı zamanı Ermənistan-Türkiyə münasibətlərinə də toxunub və son aylarda ciddi aktivləşmə müşahidə olunduğunu deyib: “Son görüşümüzdən bəri Ermənistan və Türkiyə arasında əlaqələrin aktivləşməsi baş verib. Rəsmi Ankara ilə çox intensiv danışıqlar aparırıq, hətta de-yure diplomatik münasibətlər olmasa belə”. O, Türkiyənin Ermənistanla sərhədi açacağı və diplomatik münasibətləri bərpa edəcəyi barədə ümidvar olduğunu vurğulayıb.

Paşinyanın fikrincə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, Ermənistan–Azərbaycan sülhü, “TRIPP yolu”nun işə düşməsi, həmçinin Azərbaycan, Gürcüstan və İranla mehriban qonşuluq münasibətləri, eləcə də Rusiya ilə konstruktiv dialoq region üçün yeni imkanlar açır: “Bütün bu proseslər Cənubi Qafqazı Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ilə yanaşı, dünyanın ən cəlbedici tranzit marşrutlarından birinə çevirə bilər”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Dekabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri