Paşinyandan İran açıqlaması: “Risk yaranarsa, qərar verməli olacağıq”
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, ABŞ-nin yeni sanksiyalarına görə İran aviaşirkətlərinin Ermənistana uçuşlarında dəyişiklik olub-olmayacağı ilə bağlı məsələni şərh edib.
“Biz sanksiyalar paketini öyrənirik. Bütün tərəfdaşlarımızla çox şəffaf işləyirik. Xüsusilə dost ölkələrlə dost olmaq üçün əlimizdən gələni edəcəyimizi deyirik, amma keçə bilməyəcəyimiz bir xətt var. Bu xətt, Ermənistanın özünün sanksiyalara məruz qala biləcəyi riskidir. Yəni,
Ermənistanın sanksiyalara məruz qalma riski yaranana qədər dostluğa sadiq qalacağıq. Amma özümüz sanksiyalara məruz qalsaq, nə edəcəyimiz barədə qərar verməli olacağıq”, - hökumət başçısı vurğulayıb.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 01 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















