Paşinyandan Putinə SƏRT MESAJ Elə bir şey dedi ki… KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Prezidenti Vladimir Putinə İrəvanın Avropa inteqrasiyası kursunu davam etdirəcəyini şəxsən bildirdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Paşinyan brifinq zamanı Ermənistan xalqının bu istiqamətdə seçim etdiyini vurğulayıb.
“Rusiya prezidentinə dedim ki, biz Avropa inteqrasiyası yolunu elan etmişik və bu yolla irəliləyəcəyik. Xüsusilə də Ermənistan xalqı bu kursu dəstəklədikdən sonra”, – deyə o bildirib.
Bununla yanaşı, Paşinyan Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı gündəmində saxlamadığını qeyd edib. Onun sözlərinə görə, əsas problem Ermənistanın mövqeyi deyil, Aİİ-nin fəaliyyət mexanizmləridir.
Baş nazir bildirib ki, ittifaqın mexanizmləri faktiki olaraq iflic vəziyyətinə düşüb və normal işləmir. O, Ermənistan məhsullarının Aİİ bazarında üzləşdiyi məhdudiyyətlərə toxunaraq, mövcud problemlərin qısa müddətdə aradan qaldırılmamasının ciddi nəticələr doğura biləcəyini deyib.
“Əgər bu problem vaxtında həll olunmasa, hesab edirəm ki, bu, Aİİ-nin sonunun başlanğıcı ola bilər”, – deyə Paşinyan vurğulayıb.
Baş nazir həmçinin yenidən seçilməsindən sonra Vladimir Putinlə telefon danışığını da xatırladıb. O bildirib ki, Rusiya prezidenti söhbət zamanı onu təbrik etməyib.
“Rusiya prezidenti məni təbrik etmədi. Bu zaman sual yaranır: bəs o, həmin telefon danışığında kiminlə danışırdı?” – deyə Paşinyan bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 29 İyul 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















