Icma.az
close
up
RU
Paşinyandan Putinə TƏLƏB kimi TƏKLİF Cavab NƏ olacaq?

Paşinyandan Putinə TƏLƏB kimi TƏKLİF Cavab NƏ olacaq?

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya Ermənistanın dəmir yollarına güzəşt hüquqlarını təxminən 400 milyon dollara sata bilər”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışı zamanı bəyan edib.

“Biz Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və dəmir yolu məsələsində anlaşma əldə etmək istəyirik. Mənim qiymətləndirməm budur ki, bu gün bu güzəşt hüququnu təxminən 400 milyon dollara satmaq imkanı var. Düşünürəm ki, bu, yaxşı fürsətdir", - Paşinyan Rusiyaya səslənib.

Onun sözlərinə görə, İrəvan Moskvanın maraqlarına böyük hörmətlə yanaşır, lakin başqa bir ölkənin maraqlarını öz maraqlarından üstün tutmağı məntiqsiz hesab edir. “Sizdən xahiş edirik və bu yolu seçməyinizi tövsiyə edirik”, - deyə baş nazir bildirib.

Belə bir tələb-təklifi ən optimal həll yolu saymaq olarmı? Moskvanın cavabı nə olacaq? Məsələ beynəlxalq məhkəməyədək gedib çıxa bilərmi? Zaman kimə işləyir?

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə nazir Fikrət Yusifov Musavat.com-a bildirib ki, Paşinyanın Rusiyanın Ermənistan dəmir yollarının idarəçiliyinə dair təklifi hüquqlarını təxminən 400 milyon dollara satmaq təklifi ilk baxışdan kommersiya xarakterli görünsə də, əslində məsələnin arxasında ciddi geosiyasi hesablamalar dayanır: “İrəvan bununla həm Rusiyanın maraqlarını nəzərə almağa, həm də dəmir yolu sistemində yeni idarəetmə modelinə keçməyə çalışır.

Bu, hazırkı mərhələdə ən optimal kompromis variantlarından biri sayıla bilər. Çünki Ermənistan konsessiyanın birtərəfli ləğvindən deyil, Rusiyanın hüquqlarının maliyyə kompensasiyası əsasında dəyişdirilməsindən danışır. Bununla belə, Moskvanın 400 milyon dollar təklifini dərhal qəbul edəcəyini gözləmək düzgün olmaz. Rusiya üçün məsələ təkcə maliyyə deyil, Ermənistanın nəqliyyat sistemində strateji təsir imkanlarının qorunmasıdır”.

Ekspert hesab edir ki, Rusiya Ermənistandan verilən anlaşma təkliflərini qəbul etməyəcəyi halda İrəvanın məsələni beynəlxalq məhkəməyə və ya arbitraja çıxarması da istisna deyil: “Tərəflər konsessiyanın vaxtından əvvəl dəyişdirilməsi, investisiyalar və kompensasiya məsələsində razılığa gələ bilməsə, hüquqi müstəviyə keçid mümkündür. Lakin hazırda əsas ssenari danışıqlar yolu ilə kompromis əldə edilməsidir.

Burada əsas amil isə zamandır. Ermənistan TRIPP və digər regional nəqliyyat layihələri fonunda dəmir yolu infrastrukturunun yeni tranzit sisteminə inteqrasiyasını sürətləndirmək istəyir. Rusiya isə mövcud hüquqlarını qorumaq üçün danışıqlarda vaxt amilindən istifadə edə bilər. Paşinyanın təklif etdiyi kimi razılaşma baş tutarsa, Ermənistanın Rusiyanın infrastruktur təsirindən mərhələli şəkildə uzaqlaşması və regional tranzit layihələrinə daha fəal qoşulması sürətlənə bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 26 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri