Icma.az
close
up
RU
Paşinyandan Qarabağ xəbərdarlığı

Paşinyandan Qarabağ xəbərdarlığı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İndi Ermənistanın daxili siyasi həyatında çoxlu söhbətlər gedir, deyilir, bunlar Azərbaycanın, bunlar da Türkiyənin tələbləridir. Mən fərqli şey deyirəm, gəlin özümüzə sual verək: biz bunu istəyirik, ya yox?”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən Konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə istinad olub-olmaması məsələsini şərh edərkən deyib.

“Hörmətli Ermənistan vətəndaşları, mən açıq şəkildə bildirirəm və bildirmişəm, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, “Qarabağ hərəkatı”nı dayandırmalıyıq. Bu gün Ermənistanda “Qarabağ hərəkatı” ən azı rəsmi və xalq səviyyəsində dayandırılıb. İndi Ermənistan vətəndaşları fərqli qərar verərsə, mən Ermənistan Baş naziri və “Vətəndaş Müqaviləsi” Partiyası olaraq bu qərarı nəzərə alacağam. Bu, müzakirə edilmir. Biz heç vaxt xalqın nəyəsə qərar vermək hüququnu şübhə altına almamışıq və almayacağıq”, - o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan vətəndaşlarından mandat alan siyasi qüvvə olaraq, son səkkiz illik fəaliyyət nəticəsində formalaşmış siyasi məzmunu təqdim etməyi öz vəzifələri hesab edirlər:

“Seçkilərdə “üçbaşlı müharibə partiyası”nın uğur qazanması bunun doğuracağı nəticələrlə birlikdə “Qarabağ hərəkatı”nın davamı deməkdir. “Vətəndaş Müqaviləsi” isə Müstəqillik Bəyannaməsinin ritorikasından imtina etməyin zərurəti barədə açıq danışan yeganə siyasi qüvvədir”.

Baş nazir hesab edir ki, bu, təkcə Ermənistan deyil, həm də region üçün tarixi bir fürsətdir və bu təklifdən heç kim imtina etməməlidir, çünki bu, qanuni mövzudur. O, həmçinin Qarabağ ermənilərinin geridönüşü məsələsinin də bağlanılmalı olduğunu vurğulayıb və əlavə edib ki, onlar Ermənistanda məskunlaşmalıdır.

“Qarabağ hərəkatı”nın dayandırılmasının zəruriliyi konsepsiyasını qəbul etdikdən sonra sülh mümkün oldu. Çünki “Qarabağ hərəkatı” ilə sülh bir-birinə uyğun gəlmir”, - Ermənistan Baş naziri bildirib.

Xatırladaq ki, Ermənistan Konstitusiyasında istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı əraziləri yer alır. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bu məqamın Konstitusiyadan çıxarılmasını tələb edib. Ermənistan hökuməti məsələni Konstitusiya dəyişikliyinə dair referendumla həll etməyə çalışır./Teleqraf 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Aprel 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri