Icma.az
close
up
RU
Paşinyandan separatçılara: Niyə ölmürsünüz?

Paşinyandan separatçılara: Niyə ölmürsünüz?

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Ermənistan Baş naziri Nikol Paşinyan heç kimin ölümünü arzulamayıb, sadəcə polemika çərçivəsində siyasətçiyə siyasi sual verib”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Sona Qazaryan seçki kampaniyası zamanı Paşinyanın separatçı Artur Osipyanla mübahisəsi zamanı səsləndirdiyi “Niyə ölmürsünüz?” sözünü şərh edərkən edib.

Deputat Osipyanı “siyasətçi” və baş verənləri “sərt polemika” kimi qiymətləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, baş nazirin sözləri şəxsi hücum deyil, siyasi ifadə olub:

“Artur Osipyan siyasətçidir və onların arasında siyasi müzakirə baş verib. Ermənistan Baş naziri heç bir kontekstdə bir erməninin ölümünü arzulaya bilməzdi və arzulamayıb”.

Xatırladaq ki, mayın 20-də seçicilərlə görüş zamanı Nikol Paşinyanla Artur Osipyan arasında mübahisə yaşanmışdı.

Ermənistan Baş naziri Osipyanın təhdidlərinə onun timsalında bütün separatçılara şamil etdiyi bu cavabı vermişdi:

“Ay fərarilər, sizin ümumiyyətlə burada nə işiniz var, burada nə edirsiniz? Bunlar kimdir axı, gəlib mənə barmaq silkələyirlər? Qarabağın qondarma elitası, hamınız buradan rədd olun. Siz kimsiniz axı? Buna bax, deyir, adım Artur Osipyandır. Gedib başınızı divara vurun, övladlarımızın yerinə siz ölməli idiniz.

Talançı heyvanlar. Siz Qarabağ ermənilərini də girov götürmüşdünüz, bəli girov götürmüşdünüz. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər belə Qarabağ istəyirdinizsə, gedib ölərdiniz də. Niyə yaşayırsınız? Bax, siz, sən niyə yaşayırsan? İndi də gəlib mənimlə beş min nəfər qurban barədə danışırsan, ay alçaq, niyə yaşayırsan? Bəs Şahramanyan niyə yaşayır? Hələ o biriləri demirəm. İndi sizin “parlament”də “deputat” hesab olanlar nə üçün yaşayırlar? Niyə ölməyiblər? İndi gəlib deyirlər ki, beş min qurban gedib. Bəs siz niyə ölmədiniz? Sizi kim qoruyub-saxlayır, ay şərəfsizlər?

Qondarma Qarabağ elitasından heç kim deməsin ki, bəs Qarabağ məsələsi filan... İndi Ermənistanda Qarabağın “parlament və hökuməti” var. Hamısını qazıb kökündən atacağam. Mübarizəni vaxtında aparardınız, ay fərarilər, indi yox, artıq mübarizə vaxtı deyil. Bax, konkret bununkimilər (Artur Osipyanı deyir – red.), gəlib burada mənə barmaq silkələməyə cəsarət etməyin.

Köçəryan, Sərkisyan, Karapetyan və Sarukyanın rəhbərlik etdiyi qondarma Qarabağ elitasına deyirəm: kökünüzü kəsəcəyəm. Alçaqlar, niyə yaşayırsınız? Niyə hələ də yaşadığınızı açıqlayın. Hələ üstümə gəlib beş min qurbandan danışırsınız. O beş min qurban niyə oldu? Siz niyə onların içində deyilsiniz, ay alçaqlar? İndi Osipyan deyir ki, sən gərək məni... Sən kimsən axı, sən kimsən ki, mən səni tanımalıyam?”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Avqust 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri