Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Paşinyandan yeni təklif: Kimin maraqlarına xidmət edir?

Paşinyandan yeni təklif: Kimin maraqlarına xidmət edir?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına dair yeni təklif irəli sürüb. 

Ermənistanın Baş naziri Zəngəzur dəhlizinə alternativ kimi təqdim etdiyi “Sülh kəsişməsi” layihəsinin ciddi qarşılanmadığını görüb son günlər nəqliyyat-kommunikasiya vasitələrinin blokdan açılması üçün başqa variant hazırlayıb. 

Rəsmi İrəvan bu təklifi sülh müqaviləsinin mətninə daxil etmək üçün Azərbaycana göndərsə də, hələlik müsbət cavab ala bilməyib. Ona görə də görünür, Nikol Paşinyan “Armenpress” informasiya agentliyində dərc edilmiş “Ermənistanla Azərbaycan arasında əlaqə kanalları haqqında” adlı məqaləsində kommunikasiyaların açılması ilə bağlı öhdəliklərdən imtina edərək yeni layihəsini əsaslandırmağa çalışıb.

Paşinyanın məqaləsində Azərbaycana ünvanlanmış təklifləri həm də Ermənistan cəmiyyətinin və beynəlxalq ictimaiyyətin dəstəyini qazanmağa yönəlik mesajlardan ibarətdir: 

“Bir daha yazılı şəkildə bildirmək istəyirəm ki, Ermənistan heç vaxt beynəlxalq və ya Azərbaycanın sərnişin və yük daşımalarının başqa ölkəyə göndərilməsinə və ya göndərilə biləcəyinə, öz əraziində onların təhlükəsizliyinin təmin olunacağına dair yazılı və şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta buna işarə etməyib. Belə bir şey olmayıb, sadəcə baş verməyib. Əksinə, Ermənistan tranzit təhlükəsizliyinə zəmanət vermək öhdəliyi götürüb, biz bunu etməyə hazırıq.

Ermənistan heç vaxt Ermənistan Respublikasının ərazisindən keçməklə Qərbi Azərbaycandan (Azərbaycanın qərbindən-red.) Naxçıvan Muxtar Respublikasına kommunikasiya məsələsində öz suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı şəkildə məhdudlaşdırılmasına, razılaşa biləcəyinə dair yazılı, yaxud şifahi öhdəlik götürməyib və buna işarə vurmayıb.

Qərbi Azərbaycandan (Azərbaycanın qərbindən) Ermənistan Respublikası ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına rabitə regional əlaqə kanalları mövzusu çərçivəsində alt mövzudur və Ermənistan burada da heç vaxt maneə yaratmayıb. 

Üstəlik, biz bu məsələdə son dərəcə yaradıcı və çevik olmuşuq və qalırıq. 2022-ci ildə Azərbaycanın narahatlığına cavab olaraq, biz qarşılıqlılıq prinsipi əsasında sərhəd keçid məntəqələrində malların və vətəndaşların pasport, gömrük və digər nəzarət əməliyyat funksiyalarının beynəlxalq ixtisaslaşmış təşkilata verilməsini təklif etmişik. Azərbaycan razılaşmadı”. 

Ermənistanın Baş nazirinin bu fikirlərinə diqqətlə nəzər saldıqda, bir-birini təkzib edən və Azərbaycanın maraqlarına cavab verməyən sətiraltı mesajları görmək mümkündür. Belə ki, Paşinyan istər beynəlxalq, istərsə də Azərbaycanın qərb rayonlarından Naxçıvan MR-a yükdaşımaların təhlükəsizliyinə təminat vermədiyini bildirir. 

Əvvəla, Ermənistan 10 noyabr Bəyanatının 9-cu bəndində Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR-a və əks istiqamətdə hərəkətin təhlükəsizliyinə təminat verən öhdəlik götürüb. Sonrakı cümləsində Paşinyan Ermənistanın tranzit öhdəliyi daşıdığını etiraf edir. Yəni Nikol Paşinyan bu açıqlaması ilə Zəngəzur dəhlizinin açılmasına dair hər hansı öhdəliyə malik olmadığını demək istəyir. 

Bununla da Ermənistanın Baş naziri Zəngəzurdan keçməli olan insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təmin vermədiyinə eyham vurur. O, Qərbi Zəngəzurun beynəlxalq daşımalar üçün marşrut olmasına qarşı çıxır və bununla da dəhlizin yaranmasını əngəlləməyə çalışır. 

Azərbaycanın qərbindən Naxçıvan MR-a kommunikasiyalar məsələsində Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün pozulmasına dair öhdəliyin olmaması barədə Paşinyanın dedikləri belə oxunmalıdır: 

“Ermənistan Zəngəzurda Rusiya qoşunlarının təhlükəsizliyi təmin etməsi nəticəsində eksterritorial dəhlizin yaranmasına şərait yaradan istənilən sənədi yerinə yetirməyəcək”. 

Nikol Paşinyan nəqliyyat əlaqələrinin bərpasının yeni variantını təklıif edib: 

“İndi isə uzunmüddətli münaqişə ilə əlaqədar Azərbaycan vətəndaşlarının Ermənistan Respublikasının sərhəd və gömrük nəzarətindən yayınacaqları barədə Azərbaycanın bəyanatını nəzərə alaraq, hazırkı mərhələdə Zəngilan-Mehri-Ordubad və əks istiqamətdə, eləcə də Yerasx (Arazdəyən)-Ordubad-Mehri və əks istiqamətdə dəmir yolu yükdaşımaları ilə əlaqənin açılmasını təklif etmişik. 

Eyni zamanda biz yazılı şəkildə heç bir tərəfin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə xələl gətirməyən variant təklif etmişik. Əgər Bakı Naxçıvandan-Naxçıvana yüklərin etibarlı daşınmasının təmin olunmasının qayğısına qalsa, o zaman bu məsələ öz həllini tapır. Azərbaycanın yalnız “hə” deməsi qalır. 

Ermənistan Respublikası ərazisində Nrnadzor (Nüvədi-red.)-Karçevan (Kərçivan) dəmir yolunun tikintisi bir qədər vaxt aparacaq. Yerasx (Arazdəyən)-Naxçıvan hissəsində də dəmir yolunun qısa hissəsi çəkilməlidir. Lakin bu, Ermənistandan-Ermənistan və Azərbaycan-Türkiyə dəmir yolu əlaqələri üçün lazımdır və bu işi qısa müddətdə başa çatdırmaq olar. 

Eyni prinsip əsasında biz Azərbaycandan Naxçıvana boru kəmərlərinin, elektrik xətlərinin və kabellərin tranzitini təmin etməyə hazırıq. Bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Ümid edirəm ki, eskalasiya üçün saxta bəhanə yaranmayacaq. 

Azərbaycan həmçinin bildirir ki, Ermənistan Naxçıvana yol verməsə, İran İslam Respublikasının ərazisindən keçməklə Qərbi Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin edəcəklər. Biz bunun əleyhinə deyilik. Allah eləməsin, bu İranla Azərbaycanın münasibətləri məsələsidir və öz qərarlarıdır.

Lakin aydınlıq üçün onu da bildiririk ki, Ermənistan Respublikası İranın təklif etdiyi hüquqi şərtlərlə Qərbi Azərbaycandan Naxçıvan Muxtar Respublikasına tranziti təmin etməyə hazırdır. Azərbaycan buna cavab olaraq bildirir ki, tranzit maneəsiz olmalıdır. 

Bəs İrandan tranzit keçmək üçün hər hansı maneə varmı? Sonda deyirik ki, biz İranla eyni hüquqi şərtlərlə eyni tranziti təmin etməyə hazırıq.

Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz bəzi tranzit prosedurlarını sadələşdirməyə və avtomatlaşdırılmış mexanizmləri tətbiq etməyə hazırıq. Bəs Azərbaycan bizim bu konstruktiv təkliflərimizi niyə rədd edir?

Mənim əminliyim tamamilə aydındır: Bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən Ermənistan Respublikasının ərazisindən keçməklə Qərbi Azərbaycandan Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə, Azərbaycan ərazisindən (Naxçıvan Muxtar Respublikası) keçməklə Mehridən Ermənistan Respublikasının Yerasxa (Arazdəyən) və əks istiqamətdə bütün regional iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması tamamilə hazırdır və onun həyata keçirilməsi üçün yalnız Azərbaycanın razılığı lazımdır”, - deyə Paşinyan bildirib. 

Ermənistan Xarici İşlər Nazirliyinin sülh sazişinin mətninə daxil etmək üçün Azərbaycana göndərdiyi sonuncu təklif bundan ibarətdir. Lakin Ermənistan rəsmiləri Azərbaycanın bu təklifə cavab vermədiyini bildirir. Ermənistan hökumətinin real dəmir yolu infrastrukturu mövcud olduğu halda, Naxçıvan MR-a yeni dəmir yolu xətti çəkmək və bu yolla yenidən Ermənistana çıxış əldə etməkdə məqsədi nədir? 

Ermənistan rəhbərliyi Arazdəyən-Naxçıvan-Ordubad-Mehri dəmir yolu xəttini Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolu marşrutuna alternativ kimi təqdim edir. 

Paşinyan hökuməti Azərbaycan Zəngəzurdan dəhliz kimi istifadə edəcəyi təqdirdə, Ermənistanın da Naxçıvan ərazisində analoji mövqeni ortaya qoyması üçün əks arqument təklif edir. Azərbaycan buna razı olmayacağı halda, Paşinyan daha bir variant irəli sürür. Ermənistan Azərbaycanın qərbindən Naxçıvan MR-a İranın təklif etdiyi hüquqi şərtlərlə tranziti təmin etməyə razıdır. Yəni Baş nazir nəqliyyat-tranzit yollarına Ermənistanın nəzarət edəcəyini, Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin sərhəd-buraxılış yoxlamasından və gömrük rüsumları ödəməklə keçəcəyini demək istəyir. Bu isə o deməkdir ki, Ermənistan rəsmi Bakının israr etdiyi “Azərbaycandan-Azərbaycana maneəsiz keçid” tələbini qəbul etmir. 

Hətta Paşinyan növbəti abzasda “Qarşılıqlılıq prinsipi” ifadəsini işlətməklə, nəqliyyat əlaqələrinin qurulmasında Azərbaycanla yalnız bərabərhüquqlu tərəf kimi davranmaq istəyini nümayiş etdirir. Halbuki, Ermənistan məhz kapitulyasiya sənədinə imza atmaqla Zəngəzur dəhlizinin açılması barədə öhdəlik götürüb. 

İndi isə Ermənistanın Baş naziri öz imzasından qaçmaqla artıq məğlub tərəf olmaq istəmədiyini, siyasi şərtlərə yenidən baxmaq iddiasını ortaya qoyur. Bu da sülh prosesinin reallaşmasını əngəlləyir və bölgədə gərginliyin artmasına şərait yaradır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri