Icma.az
close
up
RU
Paşinyanı hakimiyyətə Sarksiyan gətirib?

Paşinyanı hakimiyyətə Sarksiyan gətirib?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti və siyasi elmlər doktoru Hmayak Ovannisyan "Noyan Tapan rus dilində" “YouTube” kanalının qonağı olub.

“Cebheinfo.az” xəbər verir ki, o, diqqətçəkən açıqlamalar verib.

O, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanı hakimiyyəti sona qədər əlində saxladığına və onu ovaxtkı baş nazir Karen Karapetyana təhvil vermədiyinə görə tənqid edib.

"Karen Karapetyan hakimiyyəti ələ keçirməyə hazırlaşırdı və əgər Sarkisyan Konstitusiyanı dəyişdirməsəydi, normal şəkildə hakimiyyəti Karen Karapetyana təhvil verərdi, o da “Qarabağ klanı”ndan idi", - deyə ekspert vurğulayıb.

"Amma Serj Sarkisyan getmədi, Paşinyan və onun komandası onu "kənarlaşdırdılar", - deyə kanalın aparıcısı Qayane Arakelyan politoloqa cavab verib.
Ovannsiyan 2018-ci ilin "məxməri inqilab" barədə tamamilə gözlənilməz açıqlama verib. 

"O, həqiqətən getmədi. O, 2016-cı ildə yaratdığı vəziyyətə bənzər bir vəziyyət yaratmaq üçün Paşinyandan istifadə etmək istədi. Sarksiyan 2016-cı ildə Jirayr Səfilyanı həbs etməklə zorakı toqquşma başlatdı. Jirayr Səfilyan müharibə iştirakçısı olduğundan, bu hərəkat silahsız mövcud ola bilməzdi. Təbii ki, səhra komandirinin həbsi tamamilə motivasiyasız idi, o, orada oturub öz işi ilə məşğul idi, dörd günlük müharibəyə yas tuturdu", - deyə politoloq bildirib.

(Jirayr Səfilyan Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqlarının işğalında, xüsusilə Şuşanın işğalında iştirak edən "Şuşi" xüsusi hərbi batalyonunun komandiri olub. O, həmçinin Xocalı soyqırımında və Qarabağdakı digər qətliamlarda adı keçən hərbi canilərdən biridir. Ermənistanda müxalif fəaliyyətinə, qanunsuz silah saxlamağa və dövlət çevrilişinə cəhd ittihamlarına görə müxtəlif illərdə (2006, 2015 və 2016-cı illərdə) dəfələrlə həbs edilib.-red.)

"Bu, o vaxt idi ki, Minsk Qrupunun həmsədrləri artıq Qarabağ nizamlanması ilə bağlı bəyanatlar hazırlamışdılar, layihə vardı və problem həll olunmalı idi. Serj Sarkisyan seçkilərdə iştirak edə bilməyəcəkdi, ona görə də zorakı küçə etirazlarını başlatdı və bu fonda Minsk Qrupu həmsədrlərindən Qarabağ nizamlanmasının uzadılması üçün icazə aldı. O, nizamlanmanı iki il uzatdı", - deyə politoloq deyib.

Bildirib ki, Sarksiyan 2018-ci ildə də eyni şeyi etmək qərarına gəlib:  

“Ona görə də şəxsən Nikol Paşinyanın Ermənistan boyunca yürüşünü, Fransa Meydanındakı aksiyanı keçirə bilməsi üçün hər şeyi etdi. Serj Sarkisyanın özü bütün bunları asanlaşdırdı.

Serj İrəvanda başqa bir sabitsizlik faktoru yaratmalı idi ki, hadisələri daha iki il təxirə sala bilsin və bu iki ildə "əvəzediciləri" - kürəkəni və digərlərini hazırlasın. Bilmirəm bunu necə planlaşdırırdı, amma özü bu hərəkatı yaratdı və ona yaşıl işıq yandırdı. Paşinyan Radio Komitəsinə hücum edəndə niyə həbs olunmadı?" 

O qeyd edib ki, o vaxtlar Paşinyan hələ izdihamı toplaya bilməmişdi. 

“"Taşirli Samvel"  (Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni əsilli iş adamı , hazırda həbsdə olan Samvel Karapetyan nəzərdə tutulur-red.) bu izdihamı toplamağa kömək etdi, təbii ki Serj Sarkisyanın göstərişi ilə. Necə ki, bir zamanlar Napoleon Bonapart  Direktoriya üzvlərini özünün axmaq, dəyərsiz bir namizəd olduğuna inandırmışdı Nikol Paşinyan da çox məharətlə bunu etdi. 

Serj Sarkisyan devrildikdən sonra altı ay dövlət mülkiyyətində olan bir bağda oturub. O, sonuna qədər əmin idi ki, Nikol sözünə əməl edəcək, mahnıya uyğun oynayacaq, küçə müxalifəti yox, institusional müxalifət olacaq. Hətta o, Aram Sarkisyana və Marukyana demişdi ki,  Paşinyan niyə küçələrə çıxdı, axı deyirdiniz ki, o institusionaldır.

Nikol Paşinyan yaxşı oynadı! Mən bunu bir siyasətçi kimi deyirəm. Sadəcə yaxşı, ustalıqla hazırlanmış oyun oynadı, əgər buna siyasi oyun baxımından yanaşsaq, belədir” ,- deyə Hmayak Ovannisyan vurğualyıb.

“İndi isə Moskva bu qoyunlara, siyasi qabiliyyəti olmayan bu axmaqlara pul qoyur”, - o deyib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri