Icma.az
close
up
RU
PAŞİNYANIN 6 SƏS PLANI... Müxalifətə iki variant təklif ediləcək...

PAŞİNYANIN 6 SƏS PLANI... Müxalifətə iki variant təklif ediləcək...

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın yeni Konstitusiya layihəsini ictimaiyyətə təqdim etməsi həm Cənubi Qafqazda sülh gündəmini, həm də İrəvandakı daxili siyasi prosesləri yenidən diqqət mərkəzinə gətirib. Referendum üçün lazım olan səslərin çatışmazlığı, müxalifətin mövqeyi, regional kommunikasiya layihələri və böyük güclərin yanaşması fonunda bu addımın real nəticələri geniş müzakirə olunur.

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov “AzPolitika”ya şərhində bildirib ki, Ermənistanda Konstitusiyanın dəyişdirilməsi yeni mövzu deyil. O xatırladıb ki, hazırkı Konstitusiya 2015-ci ilin dekabrında Serj Sərkisyanın hakimiyyəti dövründə qəbul olunub, 2018-ci ilin fevralında parlament seçkilərində qüvvəyə minib və hakimiyyət bölgüsündə tarazlıq yaratmadığı əvvəldən müzakirə edilib. Politoloq qeyd edib ki, əvvəlki cəhdlər baş tutmasa da, layihə məhz Azərbaycanla münasibətlər kontekstində ictimaiyyətə təqdim olunub.

F. Məmmədov vurğulayıb ki, Azərbaycanı maraqlandıran və sülh prosesinə birbaşa təsir edən əsas məqam layihədə Müstəqillik Bəyannaməsinə istinadın olmamasıdır. O bildirib ki, sənəddə superbaş nazir sistemindən imtina edilmir. Politoloqun sözlərinə görə, layihə parlamentə baş nazirin müavinlərinə, nazirlərə və səfirlərə etimadsızlıq göstərmək və onların vəzifədən azad edilməsinə əsas yaratmaq səlahiyyəti versə də, təyinatlarla bağlı yekun qərar yenə də baş nazirə məxsus olacaq. Parlamentin yarıdan çoxunun səsi isə yalnız məsləhət xarakteri daşıyacaq.

O, simvollarla bağlı dəyişikliklərə də toxunub. F. Məmmədov qeyd edib ki, 2015-ci il Konstitusiyasında bayraq və gerbin təsvirində Ağrı dağı əks olunurdusa, yeni layihədə simvolların təsviri adi səs çoxluğu ilə qəbul edilən qanunla müəyyənləşdirilir. Yəni layihədə Ağrı dağının adı çəkilmir. Lakin bu, hələlik yalnız layihədir.

Politoloq əlavə edib ki, müxalifətin, xüsusilə Rusiyameyilli qüvvələrin seçki günü Rusiyada yaşayan Ermənistan vətəndaşlarını ölkəyə gətirməsi fonunda dəyişdirilmiş seçki qanunvericiliyinin müddəaları indi Konstitusiyaya daxil edilir. Belə ki, son iki il ərzində azı bir il Ermənistanda yaşamayan vətəndaş seçki hüququndan məhrum edilir. 

O, həmçinin bildirib ki:

Parlamentə seçilmək üçün tələb olunan yaşayış müddəti dörd ildən beş ilə qaldırılıb, prezident seçilmək üçün yaş həddi isə azaldılıb;Baş nazir səlahiyyətlərinin icrasına başladığı andan etibarən bütün fəaliyyət müddəti ərzində Ali Baş Komandan olur;Yeni Məhkəmə Şurasının yaradılması və onun üzvlərinin yalnız parlament tərəfindən təyin olunması nəzərdə tutulur;Ermənistan qoşulduğu beynəlxalq təşkilatlardan həmin təşkilatlara hansı qaydada qoşulubsa, eyni qaydada da çıxa bilər. Bu isə Aİİ və ya Avropa İttifaqından çıxmaqla bağlı referendum keçirilməsi tələbini aradan qaldırır.

Layihə qəbul edilərsə, gələcəkdə Konstitusiyanın maddələrinin parlamentdə konstitusion çoxluqla dəyişdirilməsi imkanı ləğv olunacaq və bütün dəyişikliklər yalnız referendum yolu ilə həyata keçiriləcək.

Fərhad Məmmədov deyib ki, hazırda Paşinyanın referendumu keçirmək üçün əlavə 6 səsi çatışmır və o, müxalifətə iki variant təklif edir. Politoloqun sözlərinə görə, birinci variantda Paşinyan müxalifətə 6 səs vermək və referendumun keçirilməsinə şərait yaratmaq çağırışı edir. Xalq “yox” deyərsə, istefa verəcəyini və növbəti seçkilərdə iştirak etməyəcəyini, layihə qəbul edilsə belə, beş ildən sonra keçiriləcək seçkilərə qatılmayacağını bildirir.

Ekspert bildirib ki, ikinci variant 6 səs verilmədiyi təqdirdə istefa vermək və növbədənkənar parlament seçkilərinə getməkdir. F. Məmmədov qeyd edib ki, yeni qanunvericiliyə əsasən, Rusiyada yaşayan ermənilərin səsvermədə iştirak edə bilməməsi seçici siyahılarını 15-18% azaldıb. Bir ay əvvəl keçirilən bələdiyyə seçkilərində isə hakim partiya və ona yaxın qüvvələr 80-90% səs toplayıb. Onun sözlərinə görə, 6 səs verilərsə, gələn il referendumun keçirilməsi və sülh sazişinin imzalanması mümkün ola bilər. Əks halda, növbədənkənar seçkilərdən altı ay sonra referendum keçirilə bilər.

Müxalifətin – Köçəryan, Sərkisyan, Karapetyan, daşnaklar və Levon Ter-Petrosyanın – Konstitusiyaya qarşı cəbhə yaratdığını deyən F. Məmmədov bildirib ki, onlar görüşlər keçirsələr də, kütləvi aksiyalar elan etmirlər və seçki vaxtını gözləyirlər.

“Paşinyan əvvəlcə dinc yolla müraciət edəcək, alınmasa, 39 deputatla fərdi işləməyə çalışacaq. Müxalifət liderlərinin həbsdə olması, yüz milyonlarla dollarlıq bizneslərinin və maliyyə mənbələrinin sarsılması da ona 6 səsi əldə edə biləcəyinə dair əminlik verir”, - deyə o bildirib

Rasim Əliyev

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Noyabr 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see318

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see313

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see302

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see277

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see274

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see268

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see258

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see245

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see237

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see231

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see231

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see231

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see226

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see221

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see221

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see208

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see207

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see206

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri