Icma.az
close
up
RU
Qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? VİDEO

Qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? VİDEO

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsmayıllı rayonu, Basqal qəsəbəsi sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlillik müavinətinin dayandırılmasından şikayətçidir.

Adalet.az xəbər verir ki, Xəzər Tv-nin qaynar xəttinə müraciət edən İmran Əzizov deyir ki, 1992-1996-cı illərdə Birinci Qarabağ müharibəsində iştirak edib. Müharibə zamanı onda epilepsiya xəstəliyi yaranıb.

Hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşayan İmran Əzizovun sözlərinə görə, 1996-cı ildən epilepsiya xəstəliyi səbəbindən ona 2-ci dərəcə əlillik təyin olunub. 30 il əlilliklə bağlı müavinət aldığını xatırladaq İmran Əzizov, əslində 10 ildən sonra ona müddətsiz əlillik təyinatı aparılmalı olduğunu, amma nədənsə bunun edilmədiyini vurğulayıb. Dediyinə görə, sonuncu dəfə bu ilin aprel ayında Respublika Əlillərin Bərpa Mərkəzində müvafiq komissiyadan keçib. O iddia edir ki, müayinə zamanı da epileptik tutma baş verib. Müayinədən bir müddət sonra isə əlillik təyinatından imtina olunduğunu öyrənib. Səbəb də göstərilib ki, o, Respublika Əlillərin Bərpa Mərkəzində təkrar müayinə olunmalıdır. Odur ki, təkrar müayinə üçün yenidən Respublika Əlillərin Bərpa Mərkəzinə üz tutub. Lakin burada deyilib ki, təkrar müayinə apara bilməzlər. Bildirilib ki, onlar müayinəni bir dəfə aparırlar. Beləlklə, İmran Əzizovun müavinəti dayandırılıb. Bundan sonra ona dövlət tərəfindən verilən dərmanlar da kəsilib.  

Məktəb yaşlı iki övlad atası olan İmran Əzizov hazırda 80 manat təqaüdün ümidinə qaldıqlarını və ailəsinin çətin vəziyyətə düşdüyünü deyir. Tez-tez epileptik tutmalarının olduğunu, sonuncu dəfə bu günlərdə baş verdiyini deyən şikayətçi həmin vaxt ağır xəsarətlər aldığını xatırladır.

İş qabiliyyətinin olmadığını söyləyən İmran Əzizov mövcud durumla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyini, lakin nəticə əldə edə bilmədiyini bildirir. İmran Əzizov, həyat yoldaşının epileptik tutmaya görə onu nəzarətdə saxlamaq üçün işləyə bilmədiyini də vurğulayır.

Məsələ ilə bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma-88 göndərişi əsasında 23.04.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib.

Vətəndaşın müayinə nəticələrinə və təqdim etdiyi tibbi sənədlərə əsasən, qanunvericiliyə uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması ilə bağlı qərar qəbul edilib.
Hazırda isə şəxslə bağlı qeydiyyatda olduğu tibb müəssisəsi tərəfindən yeni göndəriş elektron sistemə daxil edilməyib.

İmran Əzizovla bağlı tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə onun əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ünvanlanan sorğuya iki gün ərzində verilən cavab isə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin cavabından fərqlənməyib. TƏBİB sözügedən qurumun mövqeyini olduğu kimi öz adından bizə göndərib: "İsmayıllı rayon sakini, 1974-cü il təvəllüdlü Əzizov İmran Fiqət oğlu əlilliyinin qiymətləndirilməsi ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən Forma-88 göndərişi əsasında 23.04.2026-cı il tarixdə Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində əyani müayinə edilib.
Vətəndaşın müayinə nəticələrinə və təqdim etdiyi tibbi sənədlərə əsasən, qanunvericiliyə uyğun olaraq əlavə müalicəyə ehtiyacın olması ilə bağlı qərar qəbul edilib.
Hazırda isə şəxs qeydiyyatda olduğu tibb müəssisəsinə yeni göndəriş üçün müraciət etməyib.

İmran Əzizovla bağlı tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən yeni Forma-88 sənədi rəsmiləşdiriləcəyi təqdirdə əlilliyi qanunvericiliyə uyğun olaraq təkrar qiymətləndiriləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://adalet.az
archiveBu xəbər 25 Noyabr 2026 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri