Icma.az
close
up
RU
Paşinyanın ABŞ fiaskosu Atlantik Şurasının baş nazirə sürpriz Azərbaycan məqaləsi

Paşinyanın ABŞ fiaskosu Atlantik Şurasının baş nazirə sürpriz Azərbaycan məqaləsi

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan hökuməti ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə yaxınlaşmaq üçün dəridən qabıqdan çıxır. Baş nazir Nikol Paşinyanın sürpriz ABŞ səfərini də bu qəbildən hesab etmək olar.

Hökumət başçısı Vaşinqtonda Atlantik Şurasında keçirdiyi görüşlərdə region ölkələri ilə münasibətlər, sülh prosesi ilə bağlı müzakirələr aparıb. Lakin Nikol Paşinyan gözlənilməz sürprizlə qarşılaşıb. Müzakirələr apardığı, debatlara qatıldığı bir dönəmdə Atlantik Şurasının saytında Azərbaycanla bağlı geniş məqalə dərc edib. Azərbaycan etibarlı, tolerant və sülh tərəfdarı olan ölkə kimi xarakterizə olunub.

Şübhəsiz ki, dünyanın nüfuzlu beyin mərkəzi olan Atlantik Şurası tərəfindən dərc olunan məqalə Tramp administrasiyasının Azərbaycanla münasibətlərə necə böyük önəm verməsinin göstəricisi hesab oluna bilər.

Ən önəmli olan isə məqalənin məhz erməni baş nazirin görüşlərinin keçirildiyi gündə dərcidir. “ABŞ Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən necə faydalana bilər” başlıqlı məqalədə Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin necə mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.

Prezident İlham Əliyev ABŞ Prezidenti seçilən Donald Trampa göndərdiyi təbrik məktubunda da bunu xüsusi qeyd edib. Sabiq prezident Cozef Baydenin dövründə Azərbaycana qərəzli yanaşmanın şahidi olduq. Rəsmi Bakı da ümidvardır ki, Tramp administrasiyası dönəmində ABŞ-Azərbaycan münasibətlərinin balanslı və ikitərəfli faydalı siyasətin şahidi olacağıq.

Məqalədə vurğulanır ki, Azərbaycanın tək bölgədə deyil, bütövlükdə beynəlxalq aləmdə nüfuzu artır.

Yeri gəlmişkən, Nikol Paşinyan Atlantik Şurasında çıxış edən zaman ölkəsinin dini dözümlülük sahəsində yaxşı nəticələri olduğunu iddia edib. Baş nazir çıxışında əvvəlki rəhbərlərinin aqressiv siyasəti nəticəsində ölkəsinin monodövlətə çevrilməsinə yer ayırmayıb. Halbuki, Atlantik Şurasının rəsmi səhifəsində yerləşdirilən məlum məqalədə məhz Ermənistanın deyil, Azərbaycanın tolerant, multikultural dəyərlərindən bəhs edilib.

Bildirilir ki, Azərbaycanda və beynəlxalq səviyyədə yəhudilərlə tarixən yaxşı münasibətlər də sıx əlaqələrin yaranmasına kömək edib: “Yəhudilər Azərbaycanda ən azı yeddinci əsrdən yaşayırlar və digər türk ölkələrində olduğu kimi, demək olar ki, antisemitizmlə üzləşməyiblər. Azərbaycan-yəhudi diaspor təşkilatlarının sözlərinə görə, heç bir ölkə öz yəhudilərinə Azərbaycan qədər dost və sədaqətli olmayıb. Yəhudi diaspor təşkilatları ilə mükəmməl əlaqələr Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşmasına kömək edib.

Nüfuzlu “beyin mərkəzi”nin dərc etdiyi məqalə yeni ABŞ administrasiyasının mövqeyi kimi qəbul edilə bilər. Görünən odur ki, Tramp administrasiyası bölgədə gedən prosesləri diqqətlə izləyir. Gəldiyi qənaət isə bundan ibarətdir ki, regionda söz sahibi məhz Azərbaycandır.

Bu siyasət Trampın birinci prezidentliyi dövründə də əsas xətt kimi keçib və indi də bu məsələ prioritet olaraq nəzərdən keçirilir. Bu baxımdan, Ermənistan nə qədər özünü ABŞ-nin yeni administrasiyasına sırımağa çalışsa da, fərqli münasibət görməyəcək. Azərbaycan nəinki siyasi cəhətdən, həm də iqtisadi baxımdan regionda söz sahibidir, onun razılığı və iştirakı olmadan bölgədə hər hansı bir layihənin reallaşması mümkün deyil. ABŞ adminstrasiyası da bunu gözəl başa düşür.

Beləliklə, ABŞ-nin yeni administrasiyanın artıq öz seçimini etdiyini söyləmək mümkündür. Azərbaycan ABŞ üçün, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də, hesab etmək olar ki, Prezident Donald Tramp dövründə Azərbaycan-Amerika münasibətləri yüsələn xətt üzrə inkişaf edəcək. Dediyimizi sübut edən əsas məqam isə budur ki, oraya gedən, münasibətləri yaxşılaşdırmağa çalışan Paşinyan olsa da, qurum Azərbaycanla münasibətlərə əhəmiyyət verən məqalə dərc edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri