Icma.az
close
up
RU
Paşinyanın “Aleykum salam” SİYASİ MESAJININ PƏRDƏARXASI: Nikol Azərbaycan dilində kimlərə gizli mesaj ötürüb? KONKRET

Paşinyanın “Aleykum salam” SİYASİ MESAJININ PƏRDƏARXASI: Nikol Azərbaycan dilində kimlərə gizli mesaj ötürüb? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfəri çərçivəsində Baş nazir Nikol Paşinyanla görüşüb. Rəsmi qarşılanma mərasimində Pezeşkian Paşinyanı “Salam Əleykum” deyərək salamlayıb. Ermənistanın baş naziri isə cavab olaraq Azərbaycan dilində “Əleykum salam” ifadəsini işlədib. Maraqlıdır, Nikol Paşinyanın Azərbaycan dilində cavabı hansı siyasi və diplomatik məqsədi əks etdirə bilər? Paşinyanın bu jesti nəyə hesablanıb?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, “Salam Əleykum, Aleykum Salam” sözləri ərəb mənşəlidir və İslamın yayılmasından sonra Yaxın Şərq xalqlarının dillərinə daxil olub:

“Bu ifadələr Azərbaycan, fars, ərəb, Anadolu türkcəsi və digər xalqlar arasında geniş istifadə olunur. Ona görə də Paşinyanın bu sözləri işlətməsi ilk baxışda qeyri-adi görünsə də, əslində region xalqlarının ortaq mədəniyyətinin təzahürüdür”.

Ekspertin fikrincə, Paşinyanın Azərbaycan dilində salamı qəbul etməsi sadəcə protokol jesti deyil, həm də siyasi mesaj daşıyır:

“Ermənistan hakimiyyəti artıq anlayır ki, ambisiyalı və sərt siyasət bu ölkəyə gələcək vəd etmir. Paşinyanın Azərbaycan dilində cavab verməsi erməni ictimaiyyətinə ünvanlanmış mesajdır. Bu, bölgədə sülh və rifah içində yaşamaq üçün Azərbaycanla normal münasibətlərin vacibliyini göstərir. Çünki tarixən ermənilər və azərbaycanlılar uzun illər birgə yaşayıblar. Hətta bir çox erməni şairləri əsərlərini Azərbaycan dilində qələmə alıblar”.

Taleh Əliyev hesab edir ki, Paşinyanın bu jesti Ermənistanın gələcəkdə regiona inteqrasiya niyyətini ifadə edir:

“Əgər Ermənistan inkişaf və sabitlik istəyirsə, Azərbaycan dilinə və mədəniyyətinə hörmət göstərməli, regionun reallıqlarını qəbul etməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Avqust 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see175

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri