Icma.az
close
up
RU
Paşinyanın bu fikirləri Lukaşenkonu özündən çıxardı: Mübahisə yarandı VİDEO

Paşinyanın bu fikirləri Lukaşenkonu özündən çıxardı: Mübahisə yarandı VİDEO

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) Sankt-Peterburqda keçirilən iclası zamanı Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mübahisə yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Biz ildə iki dəfə, adətən may və dekabr aylarında Ali Şuranın iclasını keçiririk. Qış görüşü ənənəvi olaraq Rusiyada baş tutur. Bizim bu praktikanı dəyişməyimizin heç bir mənası yoxdur. Ancaq Belarusun Aİİ-də sədrliyini nəzərə alaraq yay iclasını Minskdə keçirməyi və Avrasiya İqtisadi Forumu ilə birləşdirməyi təklif edirəm. Mən formalaşmış təcrübədən kənara çıxmayacam və bu tədbirin gələn il mayın 29-da təşkilini təklif edəcəm. Məsləhətləşmələr zamanı əlavə qərar qəbul edəcəyik”, – Lukaşenko bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkəsinin nümayəndə heyətinin videokonfrans vasitəsilə konfransda iştirak edəcəyini açıqlayıb.

“Təşəkkür edirəm, Aleksandr Qriqoryeviç. Biz Aİİ-nin Ali İqtisadi Şurasının iclasının Minskdə keçirilməsinə etiraz etmirik. Lakin əvvəlcədən demək istəyirəm ki, bizim nümayəndə heyətimiz videokonfrans vasitəsilə görüşə qatılacaq”, – Paşinyan qeyd edib.

Paşinyanın bu fikirləri Lukaşenkonu özündən çıxarıb.

“Sizin Minskə gəlməklə bağlı nə probleminiz var. Bəlkə sizi gətirən yoxdur. Əgər lazım olsa, biz sizin Minskə gələrək tədbirdə iştirakınızı təmin edə bilərik”, – Lukaşenko deyib.

“Aleksandr Qriqoryeviç, mən bu barədə açıq bəyanat vermişəm. Bəyanatım qüvvədə qalır.  Düşünürəm ki, indi bu məsələləri müzakirə etmək düzgün  deyil. Sadəcə siz təklif irəli sürdünüz və məön dərhal mövqe bildirmək məcburiyyətində qaldım ki, anlaşılmazlıq olmasın”, – Ermənistanın baş naziri cavab verib.

“Yaxşı, biz sizin ərizənizə baxacağıq. Bəlkə sizin tədbirə distant formada qoşulmağınız üçün monitor olmayacaq”, – Lukaşenko vurğulayıb.

“Siz mənim ərizəmə baxa bilməzsiniz, çünki ərizəm sizin stolunuzun üzərində deyil. O ki, qaldı monitorun olmamasına, bu, problem deyil”, – Nikol Paşinyan bildirib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 19:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see246

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see187

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see176

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see156

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see121

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri