Paşinyanın “casus” ittihamı məhkəmə predmeti oldu
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Nikol Paşinyan məhkəməyə verilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, İrəvanın Mülki İşlər Məhkəməsi "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı qaldırdığı iddiaya baxılması barədə qərar qəbul edib. Qərarı hakim Naira Avetisyan verib.
Tsarukyan Paşinyandan mayın 28-də brifinq zamanı səsləndirdiyi bəyanatları ictimaiyyət qarşısında təkzib etməyi, üzr istəməyi və 9 milyon dram təzminat ödəməyi tələb edir.
İddiada Baş nazirin Tsarukyanı "cinayətkar", "casus" və "agent" adlandırdığı, onu "Ermənistan xalqını qarət etməkdə" və "cinayətkar sövdələşmədə" ittiham etdiyi ifadələrə etiraz edilir. Həmçinin, Paşinyanın Andranik Tevanyanın guya xarici xüsusi xidmət orqanının göstərişi ilə partiya siyahısına daxil edildiyi barədə bəyanatı da mübahisə predmeti olub.
İddiaçı böhtan və təhqirə görə təzminatla yanaşı, məhkəmə xərclərinin ödənilməsini də tələb edir. İddiaya əsasən, təkzib və üzrxahlıq bir sıra Ermənistan mediası və internet platformaları vasitəsilə yayılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 İyun 2026 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















