Icma.az
close
up
RU
Paşinyanın “Facebook” tezisləri: “Ekslərə gilyotin!”

Paşinyanın “Facebook” tezisləri: “Ekslərə gilyotin!”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri gələn ilin seçki mübarizəsinə start verdi

Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində ölkənin eks–rəhbərlərinə ittiham yağdırıb. Bəri başdan deyək ki, Nikol nə etdiyinin yaxşı fərqindədir. Məlum olduğu kimi, onun rəhbər olduğu “Vətəndaş sazişi” Partiyası bir neçə gün əvvəl qurultayını keçirdi və həmin ali məclis də 2026-cı ildə keçiriləcək parlament seçkilərində özünün qələbə hədəfini müəyyənləşdirdi. Qurum, eyni zamanda, mühüm strateji prioritetlər də açıqladı ki, bütün bunlar “eks”lərin baxışlarına tamamilə ziddir və heç şübhəsiz, onlar antiiqtidar kampaniyalarını gücləndirəcəklər.  Bu kampaniyanın məğzində isə hazırkı hakimiyyətin Qarabağ uğursuzluğunu qabartmaq, ona satqın damğası vurmaq dayanır. 

Belə bir deyim var ki, əgər davanın qaçılmazlığını bilirsənsə, o zaman çalış, birinci vur. Hazırda erməni baş nazir də 2026-cı ildə keçiriləcək parlament seçkiləri davasında, obrazlı desək, hamını qabaqlayıb birinci zərbəni endirir. Əslində, o, mahiyyətcə yenilik açıqlamır, əvvəl dilə gətirdiklərinə emosional ton verir. Hər bir halda, Paşinyanın bildirdikləri demarş təsiri bağışlayır və bu baxımdan baş nazirin gedişinin tutarlı alındığını söyləmək mümkündür. Çünki erməni hakimiyyətinin prizmasından yanaşsaq, insanlara nələrisə yada salmaq lazımdır. Lazımdır ki, onlar yanlış yönlənməsinlər. 

Beləliklə, Paşinyan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı nəzərdə tutaraq yazıb ki, o, ölkəni müharibəyə cəlb etdi və qaçdı. Həqiqətən, durum Nikolun bildirdiyi kimidir. Birinci Qarabağ müharibəsində Ermənistan Rusiyanın köməyi ilə uğur əldə etdi. Ancaq 1994-cü il atəşkəsdən sonra aparılan danışıqlar prosesi ortaya tamam fərqli reallıqlar qoydu. Ulu öndər Heydər Əliyev, demək olar, bütün beynəlxalq platformada Ermənistanın haqsız yol tutduğunu sübuta yetirdi. L.Ter-Petrosyan duruma müqavimət göstərə bilmədi, ara-sıra Azərbaycana güzəştlərin vacibliyini vurğuladı, sonda ilahi ədalət naminə tarixi məsuliyyəti üzərinə götürməkdə zəiflik göstərdi və prezidentlikdən istefa verdi. 

Ardınca ölkədə “Qarabağ klanı”nın təmsilçiləri sayılan Robert Köçəryan və Serj Sarkisyanın dövlət başçılığı dönəmlərində isə “müharibə qalibiyyətinin” eyforiya mərhələsi yaşandı. İndi Paşinyan özünün məsxərə qabiliyyətini işə salaraq bildirib: “Qalib prezidentlər, qalib prezidentlər․ Üçüncü respublikanın tarixini düşünərkən dəhşətlə fərqinə vardım ki, “qalib prezident” adlandırılanlardan heç biri, təsəvvür edirsinizmi, heç biri heç vaxt xalqın etimad səsini almayıb”.

Bəli, Ermənistanın baş naziri, faktiki olaraq, həm də Azərbaycana qarşı müharibənin bir qrup şəxsin avantürası olduğunu, savaşın xalqın iradəsinə əsaslanmadığını vurğulayır. Bu, son dərəcə ciddi bəyanatdır. Amma Paşinyanın öz məntiqi var: “Eşidin, əgər siz xalqa qələbə gətirmisinizsə, izah edə bilərsinizmi ki, niyə 1996-cı ildən başlayaraq seçkiləri saxtalaşdırırdınız? Necə ola bilərdi ki, xalq özünə qələbə gətirən liderləri seçməsin? Necə? Seçmirdi, çünki sizin tərəfinizdən pul verilən analitiklərə, “xalq artistlərinə” və “əməkdar sənətkarlara” rəğmən, Ermənistanı bəsləyən analar və onların arxasında səssiz və düşüncəli dayanan ata-babalar anlayırdılar ki, siz qələbə gətirməmisiniz, əksinə, Ermənistanı çıxışı olmayan uçuruma sürükləmisiniz. İndi ölürsünüz, görürsünüz ki, bəli, minlərlə qurbanın hesabına o çıxış yolu tapılıb. Sözün əsl mənasında, gündə üç dəfə ölürsünüz. Bir dəfə səhər, bir dəfə günortadan sonra və bir dəfə də qaranlıq çökəndə”.

Əvvəldə bildirdiyimiz kimi, Paşinyan birinci zərbəni endirir və “eks”ləri debata çağırır. O da məlumdur ki, Nikol indiyədək belə çağırışlar edib və həmişə qarşı tərəf onu məsxərə predmetinə çevirib, baş nazirə cavabı özlərinin yaxın adamları vasitəsilə çox aşağılayıcı tərzdə verib. Deyəsən, hazırda növbə Paşinyanındır.  “İndi isə deyin, debatlara gələcəksinizmi, ya yox? Ktrici, Samonu, Gevorqu, Vazgeni də özünüzlə gətirə bilərsiniz. Debatı “Yerevan-Kentron”dakı keçmiş kameramda təşkil edə bilərik ki, hamınıza uyğun olsun”, - deyən baş nazirin həbs müddətini keçirdiyi kameranı yada salması xüsusi anlam daşıyır. Şübhə yoxdur ki, Nikol sabiq prezidentlərin cəza çəkməli olduqlarını vurğulayır. O, eyni zamanda, özünəxas şəkildə “eks”ləri təxribata çəkməyi də yaddan çıxarmır: “Xalq sevinclidirsə, debatdan qaçan tanınmış üçlük kədər içərisindədir. İndi xalq sevinclidir ki, sülh var, əsgər ölmür”.

Ermənistanın keçmiş liderlərini aşağılayan Paşinyan onu da bildirib ki, onunla debatdan qaçan üçlük hazırda depressiyaya düşüb. “Onlara qurbanların real sayı kifayət deyil və özlərinin arzuladıqları rəqəmləri səsləndirmək üçün fürsəti əldən vermirlər, xüsusən “tərs kimi” bu rəqəm artmır. İndi deyin görək, debata gələcəksiniz, ya yox?”, - deyən baş nazir Paşinyan Ermənistanın keçmiş rəhbərlərinin və komandalarında təmsil olunan şəxslərin Nikolun ölkəni müharibəyə cəlb etdiyinə dair ittihamlarına da cavab verməyi yaddan çıxarmayıb və bu zaman ortaya son dərəcə maraqlı tezis atıb. O, ritorik tərzdə 2018-ci ildə Ermənistanın 18 yaşlı əsgərinin ölkənin suveren ərazisindən kənarda nə işinin olduğunu soruşub. Yadınızdadırsa, hələ 44 günlük müharibədən əvvəl Azərbaycanın müdafiə naziri Zakir Həsənov analoji bəyanat səsləndirmişdi. Onun dediklərindən gəlinən qənaət bu idi: Ermənistan əsgəri ölmək istəmirsə, ölkəmizə aid ərazini tərk etsin. 

44 günlük müharibəni bir kənara qoyaq, axı savaşdan sonra da Azərbaycan ərazisində Ermənistan əsgərləri qalmışdılar və onların müəyyən qismi 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri zamanı həyatlarını itirdilər. Çox güman, 18 yaşlıları da var idi. Elə isə bu ölümlərə görə cavabdeh kimdir? Əlbəttə, Paşinyan suala cavab tapacaq deyil. Amma onun “eks”lərə deməyə sözü kifayət qədərdir. Məsələn, baş nazir Ermənistanın sabiq prezidentlərinin öz övladlarını və nəvələrini ön xəttə göndərmədiklərini vurğulayıb: “Cavab verin, həmin vaxt sizin övladlarınız harada idi və nə ilə məşğul idilər?”.

Azərbaycanda bir deyim var: Qara məni basınca, qoy qaranı mən basım. Paşinyanın “Facebook”dakı son paylaşımları məhz bu deyimi yada salır. Nikol, prinsip etibarilə, partiyasının qurultayında açıqlanmış tezislərin həyata keçirilməsinə maneələrin aradan qaldırılmasına start verir. Hər halda, onun ittiham yağışını belə qiymətləndirmək mümkündür. Tam aydındır ki, Paşinyan 2026-cı ilin parlament seçkiləri zamanı Ermənistanın hakim komandasına qarşı mübarizədə istifadə olunacaq başlıca tezisləri sıradan çıxarmağa indidən qol çırmayıb. Əminliklə deyə bilərik ki, Nikol və tərəfdarları, belə demək mümkünsə, “eks”lər üçün gilyotin mövzusunu qarşıdakı müddətdə daha da təkmilləşdirəcək və zənginləşdirəcəklər. Onların təhlükənin üzərinə yeriməkdən başqa çarələri yoxdur və indilik bu, doğru yoldur. Bu yolun Nikol və tərəfdarlarını seçkilərdə uğura daşıyıb-daşımayacağını isə zaman göstərəcək. 

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 03:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see418

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see266

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see258

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see256

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see254

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see241

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see238

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see235

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see233

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see228

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see226

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see222

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see217

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see216

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see214

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see213

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see208

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see202

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see199

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri