Məşhur aktrisa Moskvanı göz yaşlarına inandırdı Alentova dünyasını dəyişdi
Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiya teatr və kino dünyası ağır itki ilə üzləşib. Rusiya Federasiyasının xalq artisti Vera Alentova 83 yaşında dünyasını dəyişib.
Bakupost.az xəbər verir ki, bu barədə TAСС məlumat yayıb. Alentova uzun illər Moskva Pushkin Teatrının səhnəsində fəaliyyət göstərib və teatr sənətinə böyük töhfələr verib.
Vera Alentova həm teatr səhnələrində, həm də kino ekranlarında uzunmüddətli və zəngin karyeraya malik olub. O, Sovet və rus kino tarixinin ən tanınmış aktrisalarından biri hesab edilir. Alentova ən çox 1980-ci ildə çəkilmiş “Moskva göz yaşlarına inanmır” filmi ilə tanınıb. Filmin çəkilişi zamanı rejissor Vladimir Menşov əsas obraza aktrisa tapa bilmədiyi üçün öz həyat yoldaşı Vera Alentovanı baş rola çəkib. Filmdə Katerina obrazını canlandıran aktrisa tamaşaçılar tərəfindən böyük rəğbət qazanıb.
Filmin uğuru həm də beynəlxalq səviyyədə tanınıb: 1981-ci ildə “Ən yaxşı xarici dil filmi” nominasiyasında “Oskar” mükafatını qazanaraq SSRİ kino tarixində bu kateqoriyada qalib olmuş yeganə filmlərdən biri olub. Film Sovet cəmiyyətində qadınların peşəkar və şəxsi həyat uğurları uğrunda mübarizəsini realist şəkildə təsvir edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Məşhur ispaniyalı aktrisa dünyasını dəyişdi
04 İyun 2025 13:19
Məşhur britaniyalı aktrisa dünyasını dəyişdi
18 Yanvar 2025 00:21
Məşhur sovet kino aktrisası Vera Alentova vəfat edib
25 Dekabr 2025 16:19
Məşhur cizgi personajlarını səsləndirən aktrisa dünyasını dəyişdi
03 Oktyabr 2025 19:34
Məşhur aktyor dünyasını dəyişdi
30 Mart 2025 17:07
Baxış sayı:80
Bu xəbər 25 Dekabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















