Icma.az
close
up
RU
Paşinyanın “Hor Viraplığı”

Paşinyanın “Hor Viraplığı”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dini siyasətə alət etməkdə görünməmiş həyasızlıq

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində iştirak üçün Vaşinqtona səfər gerçəkləşdirib. Onun sözügedən tədbirdəki çıxışının bəzi fraqmentlərindən söz açacağıq. Daha doğrusu, çıxışın dini manipulyasiya tərəfindən.

Əvvəla, Nikol yalnız bit barədə öyrənən, imtahanda bitlə bağlı suala cavab verən tələbə təsiri bağışlayır. Onun “canına düşmüş” bit nədir, bunu sonda diqqətə çatdıracağıq. Hələlik isə deyək ki, N.Paşinyan sammitdə özünü əsl xristian kimi göstərməyə çalışıb. Sən demə, vaxtilə həbsxanada yatarkən, onun köməyinə “Müqəddəs kitab” gəlibmiş.

Əlbəttə, Nikolun həbsdən qurtulmaq üçün Allaha yalvardığını istisna edə bilmərik. O da var ki, baş nazir göydə Allaha, yerdə Sorosa əl açıb. Özü də ikinci daha ön planda olub. İndi Nikol artistliklə məşğuldur. Artistlik isə Ermənstanı xristian dininin ehkamlarına sadiq məmləkət kimi göstərməyə və bu yolla siyasi dividend qazanmağa hesablanıb.

Paşinyanın dediklərindən belə çıxır ki, həbsxanada dərk etdiyi reallıqlar onun hazırda rəhbəri olduğu Ermənistanın xristian dininin qayda-qanunları ilə idarəçiliyində mühüm rol oynayıb. Görəsən, eyni fikri bütün ermənilərin katolikosu II Qaregin də təsdiqləyərmi? Əlbəttə ki, yox. Çünki hazırda Nikol və tərəfdarları baş erməni kahininə yalnız təhqirlər yağdırırlar.

Şübhəsiz, II Qaregin söyüləsi adamdır. Başlıca məqam erməni dini identikliyinin onun kimi saxtakarı meydana atmasıdır. Özü də söhbət yalnız II Qaregindən getmir. Ümumən, dində erməni amilinin təbiətində saxtakarlıq var. Çünki birinci daim ikinci üçün avantürist mahiyyət qondarmaqla məşğul olub. Paşinyan hakimiyyətə gələndə mövcud tendensiyanı sıradan çıxarmaq imkan qazanmışdı. Amma, o, tamam fərqli yol seçdi…

Əlqərəz, Nikol dini sammitdəki çıxışında bildirib ki, demokratiyanı dini etiqad azadlığı olmadan təsəvvürə gətirmək çətindir. Ardınca isə o, Ermənistanı, guya, canlı siyasi məşvərətə, müxtəlif insanlar və ölkələr, həmçinin sivilizasiyalar arasında dialoqa malik əsl demokratik ölkə kimi gördüyünü açıqlayıb.

Məsələ ondadır ki, hazırda Ermənistan Cənubi Qafqazda yeganə monoetnik dövlətdir. Ən əsası isə erməni varlığı həmişə digər xalqlara, o cümlədən başqa dinin daşıyıcılarına, konkret desək, müsəlman türklərə şovinistcəsinə yanaşıb. Müasir Ermənistan bunu dövlət siyasətinə çevirib. Demokrat kimi qələmə verilən Paşinyan da hakimiyyətə gəldikdən sonra mövcud mənfi meyili aradan qaldıra bilmədi. Əksinə, Azərbaycanla müharibə şəraiti yaratmaqla, durumu daha da qəlizləşdirdi.

Digər tərəfdən, görəsən, hansısa din işğalçılığa, özgəsinin torpağına təcavüzə haqq qazandırırmı? Nikol nəinki Ermənistanda yaşayan azərbaycanlıları əzəli torpaqlarından, yurd yerlərindən, eyni zamanda, Azərbaycanın iyirmi faizini işğal etməklə, bir milyona yaxın vətəndaşımızı ev-eşiyindən didərgin salmış ölkənin rəhbəridir. Paşinyan belə bir imicdən qurtulmaq üçün nə isə gerçəkləşdiribmi, hansısa pozitiv addım atıbmı? Əsla yox!

Eyni zamanda, bu gün Ermənistan Azərbaycanla sülh və əmin-amanlıq, qonşuluq şəraitində yaşamaq istəmir, silahlanma xətti yürüdür, barışdan yayınaraq, xarici aktorların Cənubi Qafqaz müstəvisində həyata keçirdikləri qlobal oyunlarda alətə çevrilmək yolu tutur. Bəlkə, xristianlığın belə bir diktəsi var? Ola bilməz! Ancaq qarşımızda bütün olmazları son dərəcə azğın şəkildə reallaşdırmağa köklənmiş Ermənistan durub.

Həbsxanadan söz düşmüşkən isə Paşinyanın, belə demək mümkünsə, Nelson Mandelalığında, yəni sanki özünü türmədən siyasi liderliyə yüksəlmiş biri kimi göstərməsində də böyük hiyləgərlik duyulmaqdadır. Belə ki, demokratiyanın dini etiqad azadlığı olmadan mövcudsuzluğundan danışan və özünün məhbus həyatı keçirdiyini qabardan erməni baş nazir yarımçıq dərk etdiyi tarixə üz tutur. Nəzərə alaq ki, onun yanaşmasında həm təhrifçilik, həm də böyük təzad var.

Məsələ ondadır ki, Paşinyan həmişə “Real Ermənistan”dan dəm vurur. Yəni, faktiki olaraq, erməni miflərini inkar yolu tutur. Onun düşüncəsindəki reallıq sovet Ermənistanıdır. Ancaq Nikol Vaşinqtonda tamam başqa mətləblərdən danışıb və bildirib ki, guya, Ermənistan xristianlığı 301-ci ildə qəbul edib. Özü də, sən demə, rəsmi din kimi. Görəsən, Paşinyan bunu haradan götürüb? Həmin vaxt Ermənistan adlı nə isə var idi ki, onun rəsmi dini də olsun?

Göründüyü kimi, Nikol da miflərə tapınır. Hələ, bu, azmış kimi, Ermənistanın ilk patriarxının Hor Virap adlı biri olduğunu deyir. Guya Virap dini yaydığı üçün təqibə məruz qalıbmış, ancaq sonra erməni kralı (?) qərara gəlib ki, xristianlıq ən yaxşı dindir. Ümumən, “xristianlıq ən yaxşı dindir” ifadəsi nə dərəcədə doğrudur? Tutalım, uydurulmuş hansısa hekayədəki kral belə düşünür, bəs Paşinyana nə olub ki, onun söylədiyini təkrarlayır. Deməli, loru dildə desək, Nikolun başının işlədiyi bu qədərdir.

Əvvəldə haqqında söz açdığımız məqama qayıdaraq bir daha bildirək ki, Paşinyan ancaq bitlə bağlı suala cavabı olan tələbədir. Onun canına düşmüş bit isə “Dünyanın kəsişməsi” avantürasıdır. Həm Nikol, həm də komandasının üzvləri bu avantüranı müxtəlif beynəlxalq platformalara daşımaqla, Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı çıxırlar. Belə bir müqavimətin göstərilməsi isə xaricdəki ermənipərəst, anti-Azərbaycan qüvvələrin rəsmi İrəvan qarşısında qoyduğu tələbdir. Tələbi yerinə yetirmək üçün dəridən-qabıqdan çıxan Paşinyan Vaşinqtonda keçirilmiş dini tədbirdə “Dünyanın kəsişməsi”ndən də söz açıb. Bilməmişdik ki, bu “təşəbbüs” özündə nəinki regional kommunikasiyaların açılmasını, eyni zamanda, dini tolerantlığı da ehtiva edirmiş!

Əlbəttə, N.Paşinyanın Amerikada danışdığı dini nağılın, eləcə də sanki yalnız demokratik baxışlarına görə həbsə düşdüyünü bildirərək Hor Viparlıq sevdasına düşməsinin, özünü demokratiya ilə yanaşı, xristianlığın da mücahidi kimi göstərməsinin bütün təfərrüatlarına varmaq niyyətindən uzağıq. Buna ehtiyac da yoxdur. Çünki Nikolun ABŞ-a səfəri sırf siyasi məqsəd reallaşdırmağa hesablanmış gedişdir. Məqsəd Birləşmiş Ştatların yeni administrasiyasına yaxınlaşmaq, bilavasitə Prezident Donald Trampla görüşmək idi. Amma alınmadı. 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində iştirak isə dini siyasi məqsədlər naminə alətə çevirməkdir ki, erməni varlığı yaranışından bəri bu yoldadır.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri