Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

İnsan sağlamliğina verilən dəyər

Paşinyanın linqvistik “qətiyyət”i

Paşinyanın linqvistik “qətiyyət”i

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hayların baş naziri üçün kabusa çevrilmiş “dəhliz” tabusu

Ermənistanın baş naziri Nikol Paşinyan son günlər siyasət meydanında daha çox psixoloji dəstəyə ehtiyacı olan fiqur təsiri bağışlayır. “Hraparak” nəşrinin məlumatına görə, Paşinyan ABŞ-ın Donald Trampa şikayət məktubu göndərməyi planlaşdırır. Məktubun səbəbi isə belə göstərilir: guya Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqton razılaşmasını pozur. Paşinyanın narazılığı iki əsas məqamdan qaynaqlanır: bir tərəfdən Azərbaycan ordusunu gücləndirməyə davam edir, digər tərəfdən isə “Zəngəzur dəhlizi” ifadəsini dilindən salmır. Nəşr yazır ki, Nikol bu qənaətə Prezident İlham Əlyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra gəlib. Baş nazirin müsahibədə səslənən Zəngəzur dəhlizi (TRIPP) ifadəsi erməni baş nazirin xətrinə dəyib.

Bəli, “Hraparak” Ermənistanda müxalifyönlü nəşr olaraq tanınır. Müxtəlif vaxtlarda Nikol Paşinyanla bağlı tənqidi yazıların dərci birbaşa nəşrin adı ilə bağlıdır. Bir neçə ay öncə Paşinyanla kilsə arasındakı münaqişə zamanı “Hraparak” onu dini və ailə dəyərlərinə hörmətsizlikdə suçlamış, Paşinyan isə bu qəzeti məhkəməyə verəcəyini bəyan etmişdi. Bu baxımdan qəzetin Paşinyan iqtidarı barədə yazdıqlarına tam obyektiv yanaşmaq, təbii ki, çətindir. Lakin məsələ tək “Hraparak”la bitmir. Sentyabrın 1-də Çində “ŞƏT plyus” formatında keçirilən görüşdə Prezident İlham Əliyev Zəngəzur dəhlizinin (TRIPP) Avrasiyanın nəqliyyat şəbəkəsi üçün əhəmiyyətindən danışıb. Bildirib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi (TRIPP) həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin vacib seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək. Lakin, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi (TRIPP) ifadəsi Ermənistanın baş nazirini narahat edib. Paşinyan açıqlamasında vurğulayıb ki, Azərbaycan Prezidentinin seçdiyi ritorika Vaşinqtonda əldə olunan razılaşmaların ruhuna uyğun gəlmir. O, həmin razılaşmanı “Trampın Sülh və Rifah Marşrutu” adlandıraraq, məhz bu adın dialoq mühitinə müsbət təsir göstərə biləcəyini bildirib.

“Dəhliz” sözü Paşinyan üçün artıq tabu halını alıb. İddialara görə, baş nazir Trampdan tələb edəcək ki, ən azından Ermənistanda seçkilər başa çatana qədər İlham Əliyev bu ifadəni işlətməsin. Bu addım Paşinyan üçün həm siyasi, həm də psixoloji təhlükəsizlik təmin etməyə hesablanıb. Lakin beynəlxalq siyasətdə belə emosional qadağalar nadir hallarda effektiv olur. Vaşinqton görüşündə Donald Trampın Paşinyanın yanında ən azı üç dəfə “dəhliz” sözünü təkrarlaması bunu açıq şəkildə göstərdi. Bu, həm Paşinyanın diplomatik zəifliyini üzə çıxardı, həm də amerikalı liderin mesajı oldu: “Sizin tabu sözünüz bizim gündəlik leksikonumuzun sadə bir hissəsidir”. Paşinyan üçün bu, diplomatiya meydanında kiçik, amma simvolik məğlubiyyət idi. İrəvanın illərdir aparmağa çalışdığı “dəhliz yox, yol var” manipulyasiyası Trampın bir neçə cümləsi ilə sarsıldı və bu, Paşinyanın beynəlxalq arenadakı mövqeyini zəiflədən məqam kimi yadda qaldı.

Paşinyanın “Azərbaycan ordusunu gücləndirir” iddiası da diqqət çəkir. Bu arqument beynəlxalq münasibətlərdə ciddi qəbul edilə bilməz, çünki hər bir dövlət təhlükəsizliyi üçün ordusunu inkişaf etdirir. Azərbaycanın müdafiə gücünü artırması Ermənistanda niyə təşviş doğurur?

Paşinyanın Vaşinqtonda sərgilədiyi emosional davranışın bir başqa səbəbi də daxili auditoriyadır. Ermənistan cəmiyyətində “dəhliz” məsələsi həssas və seçkiqabağı siyasi alətdir. Paşinyan seçkilərə qədər bu kəlməni arxa plana atmaqla öz mövqeyini qorumağa çalışır, “piyada” mövqeyində “vəzir” gedişi etməyi planlaşdırır. Lakin paradoks ondadır ki, qadağa qoymaq əks təsir yaradır. Trampın, sadəcə, üç dəfə “dəhliz” sözünü deməsi kifayət etdi ki, Paşinyanın bütün arqumentləri havada qalsın. İrəvan rəhbərliyi üçün problem “dəhliz” kəlməsinin işlədilməsi deyil, həmin dəhlizin artıq real siyasi və iqtisadi gündəliyin bir hissəsinə çevrilməsidir. Paşinyan hələ də bu reallıqla barışmaq əvəzinə, “linqvistik qətiyyət” göstərərək, “dəhlizi” yola çevirməyə çalışır.

Vaşinqton səfərində Paşinyanın davranışı, soyuqqanlı strategiya yerinə emosional reaksiyalar sərgiləməsi onun hay cəmiyyətindəki narahatlıqlarının göstərcisi idi. “Dəhliz” artıq sadəcə coğrafi termin deyil, həm də siyasi, iqtisadi və simvolik bir reallıqdır. Paşinyan bu reallığı hələ də həzm edə bilmir.

Bununla yanaşı, Vaşinqton səfəri Paşinyanın seçkiqabağı strategiyasının paradoksal mahiyyətini də üzə çıxarır. O, “dəhliz” sözünü arxa plana atmaqla özünü qorumağa çalışır, amma bu addımın əks effekti yaranır: xarici liderlərin həmin kəlməni təkrar-təkrar işlətdiyi anlarda Paşinyanın bütün arqumentləri havadan asılı qalır, daxili auditoriya isə onun zəif mövqeyini görür. İrəvan hakimiyyəti üçün prioritet dəhlizin mövcudluğu və siyasi gündəliyin bir parçası olmasıdır, Paşinyan isə bu reallıqla üzləşməkdən hələ də yayınır.

Beləliklə, Paşinyanın davranışı yalnız şəxsi diplomatik təcrübəsizlikdən qaynaqlanmır, həm də Ermənistanın seçkiqabağı psixologiyası və cəmiyyətin həssas siyasi mövzulara reaksiyasının əksidir. “Dəhliz” artıq İrəvan üçün bir tabu deyil, reallıqdır. Paşinyanın isə bu reallıqla barışması hələ ki, mümkün görünmür. Bu isə onun beynəlxalq arenadakı mövqeyini zəiflədir və diplomatik manevr imkanlarını məhdudlaşdırır.

Sultan ZAİDOV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi

8 avqustda Vaşinqtonda imzalanan Birgə Bəyannamədə elə bir bənd yoxdur ki, dəhlizin yalnız müəyyən ad altında tanınması tələb edilsin. Rəsmi sənəddə ona TRIPP – “Trump Route for International Peace and Prosperity” adı verilsə də, bu, Azərbaycanın həmin marşrutu “Zəngəzur dəhlizi” adlandırmaq hüququnu əlindən almır. Çünki bu yol coğrafi olaraq məhz Qərbi Zəngəzurdan keçir. Tarixi faktlar göstərir ki, bu ərazilər qədimdən Azərbaycanın torpaqlarıdır və adı da məhz “Zəngəzur” olub.

Nikol Paşinyana yaxın çevrələrin irəli sürdüyü digər ittiham isə Azərbaycanın, guya, ordusunu gücləndirməsi ilə bağlıdır. Bu da tamamilə əsassız iddiadır. Hər bir ölkənin, suveren dövlətin hüququdur ki, öz təhlükəsizliyini möhkəmləndirsin. Azərbaycanın bu gün ordusuna sərmayə qoyması Ermənistana hücum niyyəti demək deyil. Əksinə, Bakı hər zaman beynəlxalq hüquqa əsaslanıb və yalnız öz ərazilərini işğaldan azad edib. 2020-ci ildə Azərbaycan işğalçı deyil, torpağını işğaldan azad edən tərəf olduğunu sübuta yetirdi. Bunu Prezident İlham Əliyev müxtəlif platformalarda vurğulayıb. Ordunun gücləndirilməsi qlobal tendensiyadır: Avropanın özü “Rearm Europe” proqramı çərçivəsində qarşıdakı illərdə 800 milyard avroluq hərbi büdcə ayırmağı planlaşdırır. Bu halda Azərbaycanın ordusunu güclənləndirməsi niyə ittiham obyektinə çevrilməlidir?

Vaşinqton Bəyannaməsində açıq şəkildə vurğulanır ki, Azərbaycanla Naxçıvan arasında maneəsiz keçid təmin edilməlidir. Bu dəhliz təkcə iki bölgəni birləşdirən yol deyil, həm də böyük geosiyasi əhəmiyyət daşıyır. O, Orta Dəhlizin bir hissəsi kimi Avropa ilə Şərq arasında yüklərin daşınmasında mühüm rol oynayacaq. Buradan yalnız Azərbaycan yox, Ermənistan da fayda götürəcək. Uzun illər işğalçı siyasətinə görə regional layihələrdən kənarda qalan Ermənistan, əgər real inteqrasiya istəyirsə, ilk addımı Qafqazdan atmalıdır. Çünki Qafqazda yerləşən, amma regional layihələrindən kənarda qalan yeganə ölkə Ermənistandır.

Münaqişə artıq arxada qalıb. Qarşıda duran əsas məsələ davamlı sülhün təmin olunmasıdır. Bunun üçün Ermənistan konstitusiyasına zəruri dəyişikliklər etməli, işğal ritorikasından birdəfəlik əl çəkməlidir.

Tacir SADIQOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Sentyabr 2025 07:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see402

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see317

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see239

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see238

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see235

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see234

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see233

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see226

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see225

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see215

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see215

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see208

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see205

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see193

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see192

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see185

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see175

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see166

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri