Paşinyanın maaşı 80 faiz artacaq
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistan Baş nazirinin maaşının təxminən 80 faiz artırılması təklif olunur.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə “Dövlət vəzifələri tutan şəxslərin əmək haqqı haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub.
Hökumət tərəfindən təsdiqlənən qanun layihəsinin parlamentə təqdim edilməsi nəzərdə tutulur.
Hazırda Ermənistanın Baş naziri 1 milyon 498 min dram maaş alır. Yeni layihəyə əsasən, dövlət qulluqçularının baza əməkhaqqına tətbiq olunan əmsal 18-dən 32-yə qaldırılacaq. Nəticədə Baş nazirin aylıq maaşı 2 milyon 662 min drama, yəni təxminən 7 300 dollara yüksələcək. Vergilər ödənildikdən sonra məbləğin 5 470 dollar olacağı bildirilir.
Dəyişikliklə Baş nazirin maaşının Prezidentin əməkhaqqına bərabərləşdirilməsi də nəzərdə tutulur. Prezident üçün tətbiq olunan əmsalın da 20-dən 32-yə yüksəldilməsi təklif edilir.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 17 Sentyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















