Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Paşinyanın revanşistlərlə seçki müharibəsi: Qalib kim olacaq?

Paşinyanın revanşistlərlə seçki müharibəsi: Qalib kim olacaq?

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəlilədiyi bir vaxtda İrəvanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Vaşinqtonda 8 avqustda tərəflərin əldə etdikləri razılaşmanın həyata keçirilməsi istiqamətində artıq praktiki addımlar atılır, bu günlərdə Azərbaycanın tranzit məhdudiyyətini aradan qaldırması Ermənistan üçün mühüm əhəmiyyətli bir hadisə oldu. Eyni zamanda, tərəflər müxtəlif istiqamətlərdə dialoqu davam etdirirlər. Doğrudur, Ermənistanın qarşılıq olaraq təklif etdiyi marşrut Azərbaycan üçün əlverişsizdir, digər tərəfdən ortaya atılan bu cür marşrut təklifləri heç bir halda Zəngəzur dəhlizini arxa plana keçirə bilməz. Müvəqqəti olaraq hansısa tranzit xətlərindən istifadə etmək mümkündür. Amma regional kommunikasiyaların bərpası üçün ilk növbədə Zəngəzur dəhlizi açılmalıdır. 

Qeyd olunanlar, üstəgəl, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin bu günlərdə İrəvanda keçirilən görüşü Baş nazir Nikol Paşinyanın seçkiyə gedən yolda əlini gücləndirir. Sülh prosesinin inkişafı, həmçinin Türkiyə ilə aparılan dialoq nəyin bahasına olursa-olsun hakimiyyətə can atmağa çalışan revanşistlərin maraqlarına təbii ki, cavab vermir. Onlar seçkiyə gedən vaxt azaldıqca Ermənistanda qarşıqlıq yaratmaq və bundan istifadə edib hakimiyyəti ələ almaq üçün cəhdlərini artırırlar. Revanşistlərə rəhbərlik edən sabiq cinayətkar xunta başçıları Köçəryan-Sarkisyan cütlüyü kilsə, diaspora, o cümlədən xarici dairələrdən, əsasən də Rusiyadan aldıqları dəstəklə Paşinyanı devirmək planlarını davam etdirirlər. 

Bu gün kilsə açıq şəkildə Ermənistanda siyasi proseslərin iştirakçısına çevrilib, revanşist dairələrin ideoloji platforması rolunu oynayır. Əsas funksiyası ibadət, dini və mənəvi dəyərlərin qorunması, əxlaqi dəyərlərin aşılanması olan kilsə hökumətə qarşı təzyiq vasitəsinə çevrilib. 

Onu da qeyd edək ki, revanşistlərin Baş nazir vəzifəsinə namizəd olaraq irəli sürdükləri hazırda həbsdə olan Masis şəhərinin meri, müxalif “Şərəfim var” blokunun parlament fraksiyasından olan David Ambarsumyandır. Ermənistanın keçmiş prezidenti, Respublika partiyasının sədri Serj Sarkisyan bir neçə gün əvvəl təsdiqləyib ki, David Ambarsumyanla bağlı hökm qanuni qüvvəyə minməyib, vəkillər apellyasiya şikayəti verəcək: “Deməli, David Ambarsumyan bizim Baş nazir vəzifəsinə namizədimiz olaraq qalacaq”.

Xatırladaq ki, bundan əvvəl David Ambarsumyan 2018-ci ilin aprelində keçirilən dinc aksiya zamanı insanlara qarşı silah istifadə etməkdə və iğtişaşların təşkilində ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Moskvadan qayıdan zaman həbs edilib. 

Masis meri bu ilin aprelindən Respublika Partiyasının parlament fraksiyasının (“Şərəfim var”) Baş nazir vəzifəsinə namizədidir. Sözügedən fraksiya ötən günlərdə parlamentdə Nikol Paşinyana qarşı uğursuzluqla nəticələnmiş impiçment təşəbbüsü ilə çıxış edib. Məlumdur ki, impiçment təşəbbüsünün ilk növbədə dəstək alması və səsverməyə çıxarılması üçün səs çoxluğu tələb olunur. Ermənistan parlamentində isə çoxluq təbii ki, hakim partiyaya məxsusdur. Ona görə də impiçment təşəbbüsü real deyil.

Məsələnin digər tərəfi, Ermənistanda erkən parlament seçkilərinin keçirilməsi ehtimalıdr. Seçkilər 8 ay sonra, 2026-cı ilin iyun ayında keçirilməlidir. Amma erməni mediasında seçkilərin önə çəkiləcəyi barədə xəbərlər tirajlanır. Qeyd olunur ki, Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvləri arasında Baş nazirin erkən parlament seçkiləri keçirməyə hazırlaşması barədə söhbətlər gəzir. Çünki 7 iyun 2026-cı ilə təyin edilən seçkilərə hələ səkkiz ay qalsa da, artıq seçki kampaniyası meneceri təyin edilib. Məhz bu səbəbdən də komanda Paşinyanın erkən seçkilərlə bağlı niyyətininin olduğu qənaətinə gəliblər. Baş nazirin bu tələskənliyi də hakim partiyanın əksər üzvlərinin şübhələnməsinə səbəb olub.

Ehtimal edilir ki, erkən seçkilərlə bağlı artıq qərar verilib və bu, sadəcə partiya elitası arasında müzakirə edilir. Məlum olub ki, seçki kampaniyasına Baş nazirin aparat rəhbəri Arayik Arutyunyan rəhbərlik edəcək. Erməni mediası yazır ki, 2021-ci il seçkilərində olduğu kimi, bu dəfə qərargaha müdafiə naziri Suren Papikyan deyil, Arutyunyanın rəhbərlik etməsi onun sədaqəti ilə əlaqələndirilir. Hətta Baş nazirin aparat rəhbərinin kifayət qədər cüzi təşkilatçılıq bacarığı belə onun təyinatına mane olmayıb.

Paşinyana və komandasına qarşı 2021-ci ildə aparılan kampaniya çərçivəsində “Vətənin qurtuluş hərəkatı” adlanan koalisiya yaradılmışdı. Həmin koalisiyanın əsas fiqurları Vazgen Manukyan, Seyran Ohanyan və İşxan Saqatelyan idi. Məqsəd Paşinyan və komandasının həmin ilin iyunundakı növbədənkənar parlament seçkilərində iştirakına yol verməmək idi. 2023-2024-cü illərdə də hökumətə etimadsızlıq göstərilməsinə nail olmaq cəhdləri qeydə alınıb. İndi də eyni kampaniya davam etdirilir.

Yada salaq ki, bundan əvvəl Ermənistanda 9 dekabr 2023-cü ilə təyin edilən seçkilər 20 iyun 2021-ci ildə keçirildi. Buna səbəb 2020-ci ildə Qarabağ müharibəsində Ermənistanın ağır məğlubiyyətindən sonra ölkədəki siyasi böhran, revanşistlərin Paşinyanın istefasını tələb etməsi, onu devirməyə çalışmaqları idi. Müharibəni uduzmasına, revanşistlərin güclü təzyiqlərinə baxmayaraq, Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası səslərin 54 faizini və parlamentdə 71 yer qazandı. Müxalif “Ermənistan” fraksiyası 29, “Şərəfim var” isə yeddi mandat əldə etdi. Müxalifət seçki saxtakarlığını iddia etsə də, ATƏT seçkiləri ümumilikdə müsbət qiymətləndirdi.

Əslində mövcud reallıqlar nəzərə alınsa, Paşinyanın erkən seçkilərə getmək ehtimalı var. Düzdür, Baş nazirin aparat rəhbəri A.Arutyunyan erkən parlament seçkilərinin keçirilməsinə ehtiyacın olmadığını deyib. Onun sözlərinə görə, bu ilin avqust və sentyabr aylarında hakim partiyanın bəzi nümayəndələri erkən seçkilərin keçirilməsi ehtimalını müzakirə ediblər, lakin bu gün ölkə növbəti seçkilərə doğru irəlilədiyindən buna ehtiyac yoxdur. Hakimiyyətin hansı şəraitdə növbədənkənar seçkilərə gedə bilməsinə gəlincə, o, fövqəladə bir hadisənin baş verə biləcəyi təqdirdə bunu istisna etməyib, eyni zamanda, heç kimin bu cür hallardan sığortalanmadığını deyib. İstənilən halda, erkən seçkiyə gedilməsi ehtimalı mövcuddur.

Milli Məclisin deputatı Asim Mollazadə “525”ə deyib ki, revanşistlərin heç bir şansı yoxdur. Ermənistanda yaşayan ermənilər çox gözəl bilirlər ki, hərbi cinayətlər törədən Qarabağ klanı illər ərzində erməni xalqını da öz qurbanlarına çeviriblər: “Bütün bu müddət ərzində həm Köçəryan, həm də Sarkisyan öz xalqını soyaraq Avropanın multi-milyarderlərinə çevriliblər. Onların əlləri tək Azərbaycan xalqının deyil, hətta ermənilərin də qanına batıb. Buna görə də seçki yolu ilə qalib gəlmək, möhkəmlənmək şansları sıfıra bərabərdir. Eyni zamanda, diasporanın dəstəklədiyi bəzi millətçi qüvvələrin də imkanları çox aşağıdır. Çünki Ermənistan əhalisi müharibələrdən, soyğunçuluqdan yorulub, ölkələrinin nəhayət, normal bir ölkəyə çevrilməsini istəyirlər. Ona görə də hətta məğlubiyyətdən sonra keçirilən seçkilərdə Paşinyan xalqının dəstəyini qazandı. Lakin həmin qüvvələr hansısa qeyri-demokratik üsullar barədə düşünürlər. Onlar həm diasporadan, həm də Rusiyadan ciddi dəstək alırlar”. 

Deputat deyib ki, Ermənistanda proseslərin sülh yolu ilə gedəcəyini, yaxud daxili toqquşmaların olacağını zaman göstərəcək: “Lakin vurğulamaq lazımdır ki, hələlik Paşinyan siyasi hakimiyyəti qoruya bilir”.

Erkən seçkilərə gəlincə, deputat bunun rəsmi səviyyədə təkzib olunduğunu, amma başvermə ehtimalının da mümkünlüyünü söyləyib: “Hər şey ola bilər. Amma hələlik erkən seçkilərə gedilməsi ilə bağlı qərar yoxdur”. 

Onun sözlərinə görə, revanşistlər çevrilişə əl atarsa, bu, sülh prosesinə ciddi təhlükə yarada bilər: “Bununla belə, Azərbaycan Ermənistanın istənilən aqressiv hərəkətlərinə hazırdır. Həmin hərbi cinayətkarlar hansısa təxribat törətmək istəsələr, o zaman bu ölkənin mövcudluğu ciddi suallar doğuracaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:309
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Oktyabr 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see724

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see459

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see309

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see293

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see292

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see265

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see251

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see250

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see243

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see240

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see239

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see237

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see232

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see219

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see218

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see191

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see191

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see182

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri