Icma.az
close
up
RU
Paşinyanın növbəti hoqqabazlığı: Erməni baş nazir sülh danışıqlarını niyə yubadır?

Paşinyanın növbəti hoqqabazlığı: Erməni baş nazir sülh danışıqlarını niyə yubadır?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı verdiyi açıqlamalarla həm ölkəsinin daxili auditoriyasını, həm də beynəlxalq ictimaiyyəti aldadır. O, özünü sanki sülh carçısı kimi təqdim edir, amma sülhün əldə olunması üçün hərəkət etmir və əksinə, ölkəsini sürətlə silahlandırır".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları ilə bağlı müzakirə olunaraq razılaşdılan 15 maddə və bu gün Paşinyanın mövzudan yayındırmaq istədiyi iki maddə hamıya aydındır:

"Düzdür, digər məsələlərin də icrası vacibdir. Məsələn, Avropa İttifaqının (Aİ) kəşfiyyatçılarının sərhəd ərazilərdən çıxarılması, Zəngəzur dəhlizinin açılması kimi məsələlərin həll olunması vacibdir. Amma sülh müqaviləsi ilə bağlı danışıqların predmeti olan iki məsələ mütləq şəkildə həll olunmalıdır. Bu iki məsələ - Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının rəsmi şəkildə ortadan qaldırılması və Minsk qrupun ləğvi ilə bağlı ATƏT-ə müraciətin ünvanlanması mütləq şəkildə öz həllini tapmalıdır ki, ilkin sənəd imzalansın. Paşinyanın açıqladığı kommunikasiyaların açılması məsələsi isə sülh müqaviləsinin imzalanmasından sonra mümkün ola bilər. Çünki iki ölkə arasında sülh olmadan hansı əlaqələrin yaradılmasından danışmaq olar? Təbii ki, Paşinyanın fikirləri absurddur və özünün əsl niyyətlərini ictimaiyyətdən gizlədilməsinə hesablanıb".

Deputat Sahib Alıyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, Paşinyanın sülh danışıqları ilə bağlı bəyanatında konstruktiv görünməyə cəhddən başqa yeni heç nə yoxdur:

"Bir il bundan öncə də bildirilib ki, 17 maddəlik sülh anlaşmasının 15 maddəsi ilə bağlı tərəflər tam razılığa gəliblər. Paşinyan ABŞ-dən Bayden adminstrasiyası dönəmindəki dəstəyi ala bilməyəcəyini gördüyündən ritorikasını yenə dəyişir".

"Bu baxımdan, ən önəmli sayılacaq açıqlama onun yeni konstitusiya və milli təhlükəsizlik strategiyasının hazırlanması haqda dedikləridir ki, burada da real niyyətdən daha çox Rusiya və İranı şantaj cəhdindən danışmaq olar. Paşinyan hər iki dövlətin Ermənistanda onun rəqibləri ilə keçirdikləri açıq və gizli görüşlərdən, həmin görüşlərdə onlara hansı təlimatların verildiyindən xəbərdardır. Ona görə də Azərbaycanla sülhün yolunu açacaq dəyişikliklərə gediləcəyinin anonsunu verməklə həmin dövlətləri rəqiblərinə hakimiyyətinin və demək ki, özünün təhlükəsizliyini təhdid edəcək səviyyədə dəstək verməkdən çəkindirməyə çalışır. Çünki İranla Rusiyanın Azərbaycanla Ermənistan arasında sülhü istəmədiklərini gözəl bilir. Bir sözlə, mən Paşinyanın yenidən göyərçinliyə başlamasına, konstruktivlik təsiri bağışlayan son "ideoloji" açıqlamalarına sülhə doğru atılmış addım yox, hakimiyyətinin qorunub saxlanmasına yönəlmiş növbəti hoqqabazlıq kimi yanaşıram", - deyə deputat əlavə edib.

Mərahim Nəsib

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 27 Fevral 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri