Paşinyanın partiyası seçkilərdə qələbəyə doğru KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Ermənistanda keçiriləcək növbəti parlament seçkiləri öncəsi Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin böyük səs çoxluğu ilə qələbə qazanacağı proqnozlaşdırılır. “Euronews”un yaydığı məlumata görə, iyunun 7-nə təyin olunmuş seçkilər ərəfəsində keçirilən son rəy sorğusu Paşinyanın “Mülki Müqavilə” partiyasının gələcək parlamentdə mütləq çoxluğu təmin edə biləcəyini göstərir.
KONKRET.az xəbər verir ki, “Breavis” təşkilatı tərəfindən 5-11 may tarixlərində 1 551 respondent arasında aparılan sorğunun nəticələrinə əsasən, səsi dəqiqləşmiş seçicilərin təxminən 65 faizi “Mülki Müqavilə” partiyasını dəstəkləməyə hazırdır. Bu göstərici hakim partiyaya bir qismi Rusiya tərəfindən açıq şəkildə dəstəklənən və pərakəndə halda olan müxalifəti böyük fərqlə qabaqlamaq imkanı verir. Belə ki, müxalif yönümlü partiyaların heç birinin səs faizi 12 barajını keçmir.
Mütəxəssislərin fikrincə, gələn bazar günü baş tutacaq səsvermə bu proqnozları təsdiqləyərsə, Ermənistan xalqı Paşinyana ölkənin strateji xəttini pro-Avropa və Qərb kursuna tərəf yönəltmək üçün qətiyyətli bir mandat vermiş olacaq. “Breavis”in analitikləri sorğunun nəticələrinə əsaslanaraq bildirirlər ki, bu rəqəmlər İrəvanın onilliklər boyu Rusiyanın postsovet orbitində qaldıqdan sonra milli strategiyasını yenidən nəzərdən keçirdiyini və Qərbə doğru növbəti dönüş mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 31 May 2026 23:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















