Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Paşinyanın qəbuledilməz təklifləri: Bəndlər üzrə TƏHLİL

Paşinyanın qəbuledilməz təklifləri: Bəndlər üzrə TƏHLİL

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb.

Paşinyan bu barədə teleqram kanalında paylaşım edib. 

Nikol Paşinyanın təkliflərini təhlil etdikdə, bu şərtlərin Azərbaycanın maraqlarına cavab vermədiyi aydın olur. Bu isə Ermənistanın sülhə hazır olmadığını göstərir.  
Baş nazirin təkliflərinə aşağıdakılar daxildir:

*eskalasiya yarada biləcək nitqdən qarşılıqlı imtina

Nikol Paşinyan bununla ilk növbədə, Azərbaycanın Ermənistanın silahlanmasına cavab reaksiyasından imtina etməsi şərtini irəli sürür. Faktiki olaraq, bu gün Ermənistan rəhbərliyi sülh danışıqları ilə paralel müasir təyinatlı hücum silahları  əldə edir. Bu isə Ermənistanın müharibəyə hazırlaşdığına dair qənaəti gücləndirir. Yəni Ermənistan sülh danışıqlarına daha çox vaxt qazanmaq imkanı və müharibəyə hazırlıq prosesində siyasi pauza kimi yanaşır. Göründüyü kimi, bölgədə eskalasiyanı yarada biləcək başlıca təhlükə mənbəyi yenə də Ermənistan olaraq qalır.

Azərbaycan tərəfinin sülh prosesindəki mövqeyi də Ermənistanın yürütdüyü siyasətə uyğun formalaşır. Rəsmi Bakının “sülhə qarşı sülh, müharibəyə qarşı müharibə” yanaşması hadisələrin gələcək inkişafının Ermənistanın atacağı addımlardan asılı olacağını təsdiq edir. Ermənistanın Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində "Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil” deməsi məhz sözügedən siyasi mesajı özündə əks etdirir.

Bu baxımdan, Azərbaycan Ermənistanın silahlanma siyasətinə qarşı adekvat qərarlar qəbul etməli olur. Hazırda rəsmi Bakı İrəvana xəbərdarlıq xarakterli bəyanatlar verməklə eskalasiyadan çəkinməyi tələb edir. Azərbaycanın hərbi potensialının daha güclü olduğunu nəzərə alsaq, Ermənistan 44 günlük müharibədən daha ağır və əzici hərbi zərbələr ala bilər. Paşinyan isə eskalasiya yarada biləcək qarşılıqlı nitqdən imtina təklifi ilə Azərbaycanın bəyanatlarının qarşısını almaq istəyini ifadə edir. Eyni zamanda, Ermənistanın silahlanması və sülhdən yayınması barədə Azərbaycanın etirazları beynəlxalq ictimai rəydə Paşinyan hakimiyyətinə münasibəti dəyişir.    

- Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən  təcrübə əsasında delimitasiya prosesinin davam etdirilməsi

Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin həyata keçirilməsi Azərbaycanın da maraqlarına uyğundur. Artıq bununla bağlı Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində 2024-cü ilin aprel ayında keçirlmiş görüşün 8 saylı protokoluna uyğun olaraq may ayında Qazax rayonunun işğal altında olan Qızılhacılı, Bağanıs Ayrım, Aşağı Əskipara və Xeyrimli kəndləri Azərbaycana qaytarılıb. Paşinyanın dediyi kimi, Qızılhacılı-Aşağı Əskipara istiqamətində sərhədin 12,7 kilometrlik hissəsi delimitasiya və demarkasiya edilib. 

Qazax rayonunun digər hissəslərində bu prosesi davam etdirmək mümkündür. Lakin ilk növbədə, Ermənistan Qazaxın işğal atında saxladığı Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərini qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Bundan sonra sərhədin hansı dövrün xəritələri əsasında müəyyənləşəcəyi barəd razılıq əldə olunmalıdır. Qeyd edək ki, tərəflər sərhəd xəttinin Sovet dövrünün xərtitələri əsasında delimitasiyası barədə razılığa gəliblər. Amma Sovet dövrü 71 ilə yaxın davam edib. 1922-1924-cü illərdə, 1928-ci ildə Qazax qəzasının, 1982-1984-cü illərdə Qazax rayonunun minlərlə hektar ərazisi qanunsuz olaraq Ermənistana bağışlanıb. Nəticədə isə SSRİ dağılana yaxın Qazax rayonunun Ermənistan SSR ilə 168 kilometr şərti sərhədi qalıb.

Ona görə də Sovet hakimiyyətinin xəritələri tətbiq edilərsə, həmin ərazilərin qaytarılması məsələsi gündəmə gələ bilər. Məsələn, Qızılhacılı-Aşağı Əskipara istiqamətində 1976-cı ilin xəritələri tətbiq edilib. Bu baxımdan, şərti sərhədin digər hissələrində hansı xəritələrdən istifadə olunacağı mühüm əhəmiyyət kəsb edir. 

Nikol Paşinyan isə bu təklifi irəli sürməklə daha çox SSRİ dövründə mövcud olmuş inzibati sərhədlərin hazırda müstəqil dövlət sərhədləri kimi tanınmasının vacibliyinə eyham vurur. Ancaq Ermənistan Birinci Qarabağ müharibəsi dövründə işğala başlamaqla, o cümlədən Qazax rayonunun kəndlərini işğal etməklə Azərbaycanla sərhədləri tanımaqdan imtina edib. Ona görə də tərəflər arasında sərhəd xəttinin müəyyənləşməsi üçün yeni razılaşmalar əldə olunmalıdır.     

- 90 faiz hazır olan sülh müqaviləsinin imzalanması

Nikol Paşinyan bununla indiki şərtlər daxilində çərçivə sülh sazişinin imzalanmasını təklif edir. Ermənistan hökuməti 17 bənddən 15-nin razılaşdırıldığını və tərəflərin sülhə yaxın olduğunu bildirir. Söhbət çərçivə sülh sazişindən gedir. Lakin Ermənistan Azərbaycanın irəli sürdüyü bir sıra şərtləri, ilk növbədə isə konstitusiyaya dəyişiklik edilməsi ilə bağlı tələbi qəbul etmək istəmir. Paşinyanın dediyi razılaşdırılmamış iki bənddən biri məhz Ermənistan konstitusiyasının preambula hissəsindən Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasına dair rəsmi Bakının tələbi ilə bağlıdır. Paşinyan indiki şərtlər əsasında çərçivə sənədini imzalamaqla referendumdan yayınmaq və Qarabağın Ermənistana birləşdirilməsinə dair 1989-cu il dekabrın 1-də qəbul olunmuş qanunsuz qərarı konstitusiyada saxlamaq istəyir. 

- “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi

Ermənistanın Baş naziri bu təklifi irəli sürməklə Zəngəzur dəhlizinin açılmasından növbəti dəfə imtina edir. Yəni Paşinyan “Sülh kəsişməsi” layihəsini gündəmə gətirməklə 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndini yerinə yetirməyəcəyini bildirir. Bu isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini əngəlləyir. Beləliklə, razılaşdırılmamış bəndlərin sayının iki deyil, daha çox olduğunu görmək olar. Rəsmi Bakı sülhə nail olunması üçün Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat- kommunikasiya əlaqələrinin açılmasına dair müzakirələri çərçivə sənədinin imzalanmasından sonrakı mərhələyə saxlamağa razılaşıb. Lakin Paşinyanın açıqlaması onun yekun sülh sazişində də Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı müqaviləyə hazır olmadığını göstərir. 

- atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə birgə mexanizmin tətbiqi;

Aparılan müşahidələr şərti sərhəddə atəşkəsin Ermənistan ordusu tərəfindən pozulduğunu göstərir. Ona görə də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə nəzarəti təmin edən hər hansı mexanizmin yaradılması məntiqə sığmır. Bu, Azərbaycanın müdafiə və təhlükəsilik maraqlarına ziddir. İşğal dövründə ATƏT-in müşahidə missiyası tərəfindən atəşkəsə nəzarət mexanizmi yaradılsa da, Ermənistan buna heç vaxt əməl etmədi. Yəni  Paşinyanın bu təklifi faydasız təsir bağışlayır. 

- itkin düşmüş şəxslərin taleyinin araşdırılması məsələsinin həlli üzrə intensivliklə çalışmaq

Azərbaycan müharibədə itkin düşmüş şəxslərin taleyinin araşdırılması üçün həmişə əməkdaşlığa hazır olduğunu bildirsə də, Ermənistan bundan yayınıb. Səbəb münaqişə dövründə itkin düşənlərin böyük əksəriyyətinin azərbaycanlı olması ilə bağlıdır. Ermənistan indiyə qədər Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 mindən artıq azərbaycanlı əsir və girovlar haqqında məlumatları gizlədir. 44 günlük müharibədən sonra Azərbaycan erməni hərbçilərinin cəsədlərini tapmaq üçün qarşı tərəfə bütün şəraiti yaratdı. Nəşi tapılmayan erməni əsgərlərin valideynləri və ailə üzvləri isə buna görə Azərbaycanı deyil, Paşinyan hökumətini ittiham edirlər. Yəni bu, Ermənistanın daxili problemidir və Azərbaycana aidiyyəti yoxdur.  

- qarşılıqlı tələblərdən, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina 

Paşinyanın bu təklifi irəli sürməsi dolayısı ilə Azərbaycanın torpaqların işğalı dövründə dəymiş maddi ziyanın ödənilmsinə dair Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddialardan geri çəkilməsini nəzərdə tutur. Lakin Azərbaycanın kompensasiya tələbindən imtina edəcəyi inandırıcı görünmür. Belə bir addım Ermənistanın xeyrinə olar.  

- sülh müqaviləsinin müddəalarının tam və effektiv həyata keçirilməsi üzərində işləmək

Sülh müqaviləsinin tam və effektiv həyata keçirlməsi ilk növbədə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsindən, iğal altındakı kəndlərin qaytarılmasından, sərhədlərin delimitasiyası və demarkasiyasından asılıdır. Yəni Paşinyan hökuməti Qarabağın Ermənistana birləşdirilməsinə dair konstitusiyanın preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılması üçün referendum keçirməlidir. Əsk halda hər hansı səmərəli sülhdən söhbət  gedə bilməz. 

- silahlara qarşılıqlı nəzarətə dair danışıqlar mexanizminin formalaşdırılması

Ermənistan bununla Azərbaycanın silahlar almasına kvota tətbiq ediılməsinə çalışır. Bu isə Ermənistanın Hərbi Doktrinasından qaynaqlanır. Guya Azərbaycan Ordusunun mövcudluğu, silahlanması Ermənistanın və erməni xalqının mövcudluğu üçün təhlükə yaradır. Halbuki, kvota tətbiq ediləcək ölkə Ermənistandır. Azərbaycan ərazilərini işğal etmiş ölkə kimi Ermənistan ordusuna və silahlarına məhdudiyyət qoyulmalıdır. Ermənistana orta və uzaqmənzilli raketlərin, ağır və kütləvi qırğın silahlarının satılması, həmçinin istehsalı qadağan edilməlidir.   

- sülhə nail olduqdan sonra birgə ekspert komissiyası yaratmaqla hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək

Paşinyan əslində, erməni qaçqınlardan söz açarkən, 2023-cü ildə Qarabağdan könüllü köçən erməni sakinləri nəzərdə tutur. O, bununla Qərbi azərbaycanlı qaçqınların Ermənistana qayıdacağı halda ermənilərin də Qarabağa köçürülməsi şərtini irəli sürür. Əvvəla, Qarabağdan köçənlər qaçqın deyil və Azərbaycanı könüllü tərk ediblər. İkincisi, Azərbaycan onların qayıtmasına etiraz etmir. Amma Ermənistan hökuməti Qərbi azərbaycanlıların qayıtmasına qarşı çıxır. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan yanvarın 3-də yayılan videoçıxışında azərbaycanlıları zor gücünə qovduqlarını etiraf edib. Ona görə də beynəlxalq hüquqla onların öz evlərinə dönmək və Ermənistan konstitusiyasının, qanunlarının veridiyi hüquqlar çərçivəsində yaşamaq haqqı var.    

- ATƏT-in Minsk Qrupunun buraxılması

Paşinyanın bu təklifi Minsk Qrupunun buraxılması ilə bağlı Azərbaycanın haqlı mövqedə olduğunu bir daha təsdiqləyir. Hazırda hər iki ölkənin birbaşa danışıqlar formatına üstünlük verməsi fonunda Minsk Qrupunun formal olaraq saxlanılması prosesi yalnız ləngidə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:295
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri