Icma.az
close
up
RU
Tarixin ən axmaq ticarət müharibəsi” Qalib kim olacaq?

Tarixin ən axmaq ticarət müharibəsi” Qalib kim olacaq?

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İmzaladığı sərəncamlarla dünyada iqtisadi qarışıqlığa səbəb olan ABŞ prezidenti Donald Trampın Çin, Meksika və Kanadadan idxal edilən bütün mallara tətbiq edilən hərtərəfli gömrük rüsumlarının qüvvəyə minməsinə bir gün qalmış Meksika və Kanada ilə bağlı qərarını təxirə saldığı barədə məlumat vermişdik.

Turkustan.az xəbər verir ki, ABŞ sərhəd təhlükəsizliyini artırmaq müqabilində Meksikaya qarşı tarifləri bir ay müddətinə dayandırıb. Bununla belə, Tramp ABŞ-ın maraqlarını gücləndirmək üçün Avropa İttifaqına (Aİ) qarşı da tariflər tətbiq edəcəklərinə işarə edib.

Tramp deyib ki, Avropa İttifaqı xətti keçib:

“Nə olacağını görəcəyik, amma əminliklə deyə bilərəm ki, Avropa İttifaqına da tariflər tətbiq olunacaq. Çünki onlar bizdən sui-istifadə etdilər. 300 milyard dollardan çox kəsirimiz var. Dəqiq vaxt deyə bilməyəcəm, lakin tezliklə onlara da tariflər tətbiq ediləcək”.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Trampın Avropaya yönəlik gömrük rüsumlarının artırıla biləcəyi ilə bağlı açıqlamalarına “Ticarət müharibələrinin qalibi yoxdur” deyə cavab verib.

“Trampın sözlərini diqqətlə dinləyirik və öz tərəfimizdən hazırlıq görürük. ABŞ və Aİ-nin bir-birinə ehtiyacı var. ABŞ ticarət müharibəsinə başlayarsa, o zaman udan tərəf Çin olacaq. Bir sözlə, bir-birimizə çox bağlıyıq. Bizə Amerika lazımdır, Amerikaya da biz”,-deyə Kallas əlavə edib.

Amerikanın “Wall Street Journal” (WSJ) qəzeti Trampın Kanada, Meksika və Çindən idxal edilən mallara əlavə gömrük rüsumları tətbiq etməsini “tarixin ən axmaq ticarət müharibəsi” adlandırıb.

Trampın tarifləri Avropa avtomobil istehsalçılarının səhmlərini vurub. Avropa istehsalçıları “Volkswagen”, “Volvo Cars”, “Daimler Truck”, “Porsche” və “BMW”nin səhmləri 5 faizdən çox ucuzlaşıb. Çin isə ABŞ-ın tətbiq etdiyi əlavə tariflərin Dünya Ticarət Təşkilatının qaydalarını pozduğunu vurğulayıb. /publika.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 04 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri