Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarının səbəbi bilindi...
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Niyə Avrasiya Ali İqtisadi Şurasının iclası Ermənistanın tələbi ilə Rusiyada keçiriləcək. Tədbirə sədrlik edən rəsmi İrəvan niyə belə qərar qəbul edib?
Moderator.az xəbər verir ki, “Haykakan Jamanak" nəşrinin sorğusuna cavab olaraq Ermənistan XİN aşağıdakıları bildirib.
“Avrasiya İqtisadi İttifaqı(Aİİ) daxilində qüvvədə olan reqlamentə əsasən, Avrasiya Ali İqtisadi Şurasının iclasının Aİİ-nin nizamnamə orqanlarına sədrlik edən üzv dövlətdə mütləq keçirilməsi nəzərdə tutulmayıb.
Müvafiq olaraq, Avrasiya Ali İqtisadi Şurasının iclaslarının keçirilməsi qaydası, növbəti sessiyanın vaxtı və yeri barədə qərar əvvəlki sessiyada qəbul edilir.
Bu halda, Ali Avrasiya İqtisadi Şurasının 8 may 2024-ci ildə Moskvada keçirilən sessiyada üzv dövlətlərin rəhbərləri növbəti sessiyanın bu ilin dekabrında Sankt-Peterburqda keçirilməsi barədə qərar qəbul ediblər”.
Xatırladaq ki , Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Aİİ sammitinin dekabrın 25-də Sankt-Peterburqda keçiriləcəyini, ona Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan sədrlik edəcəyini bildirmişdi.
S.Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 28 Noyabr 2024 07:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















