Icma.az
close
up
RU
Paşinyanın Türkiyə ilə bağlı qərarı Rusiyanın regiondakı mövqeyinə necə təsir edəcək? AÇIQLAMA

Paşinyanın Türkiyə ilə bağlı qərarı Rusiyanın regiondakı mövqeyinə necə təsir edəcək? AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Dünən Nikol Paşinyan panel müzakirəsi zamanı bildirib ki, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir və təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır: 

“İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üzərində işləyir”.

Maraqlıdır, Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması Ermənistanın siyasi müstəqilliyinə necə təsir edə bilər? Paşinyanın bu qərarı Rusiyanın regiondakı təsirini azalda bilərmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra özünü regionda əməkdaşlığa can atan bir lider kimi təqdim etməyə çalışır:

“O yaxşı başa düşür ki, sərhədlərinin böyük hissəsi Azərbaycan və Türkiyə ilə əhatələnmiş vəziyyətdədir, düşmənçiliyi davam etdirmək, ərazi iddialarını genişləndirmək tamamilə yolverilməzdir və ölkəsini uçuruma aparır. Ermənistan ən azından “Dənizdən-dənizə böyük Ermənistan” ideologiyasını kənar qoyub, revanş xəyallarından əl çəkib, normal regional əməkdaşlıq formatına qədəm qoya bilər. O, Azərbaycan və Türkiyə faktorunu bir geosiyasi qüvvə kimi qəbul etməlidir və buna həm də borcludur. Eyni zamanda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması Ermənistan və Türkiyə arasında diplomatik əlaqələrin bərpa olunmasına, kommunikasiya xətlərinin açılmasına, o cümlədən sərhədlərin blokdan çıxmasına gətirib çıxara bilər. Lakin burada ən önəmli məsələ qardaş Türkiyə üçün Azərbaycanın siyasi gündəliyidir”.

Müsahibimiz qeyd etdi ki, bu, Ankara tərəfindən dəfələrlə bəyan olunub:

“Yəni Ermənistanla Türkiyə arasında bərpa oluna bilən münasibətlər yalnız Azərbaycan və Ermənistan arasında imzalanacaq sülhdən keçir. Buna baxmayaraq Ermənistan çalışır ki, birtərəfli qaydada Türkiyə ilə əlaqələr yaratsın. Qardaş Türkiyənin mövqeyi bizə kifayət qədər aydındır. Ermənistan da bunu yaxşı bilir. Həmçinin hesab edirəm ki, Ermənistanın anti-Rusiya siyasəti yürütməsi və qərbmeyilli olması fonunda, Türkiyə ilə əməkdaşlıq rəsmi İrəvanın subyektliyini artıra bilər. Bu, çox mühüm amildir. Çünki uzun illər ərzində Rusiya ilə strateji tərəfdaşlıq, müttəfiqlik münasibətləri, 102-ci hərbi bazanın mövcudluğu, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi inteqrasiya qurumları və iqtisadi, hərbi siyasi bloklar İrəvanı Kremldən asılı vəziyyətə salmışdı. Bu gün Ermənistan əgər müstəqil addımlar atmağa çalışırsa, Türkiyə ilə münasibətlərə xüsusi önəm verməlidir. Yenə də burada Azərbaycanın şərtlərini yerinə yetirmək lazımdır ki, Ermənistanın müstəqilliyi daha da güclənsin, suverenliyi formalaşsın və regional proseslərdə rolu bir qədər də artsın. Bunun üçün Azərbaycanın haqlı tələblərini yerinə yetirmək önəmli xarakter daşıyır”.

Digər müsahibimiz, politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Ermənistan daima Türkiyə ilə münasibətlərin normallaşdırılmasına çalışır:

“Bu istiqamətdə Türkiyə ilə dialoqda maraqlıdırlar. Amma Türkiyə tərəfi konkret olaraq Azərbaycanla ilk növbədə sülh müqaviləsi bağlandıqdan sonra bu ölkə ilə əlaqələrə gedəcəyini vurğulayır. Təbii ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması İrəvanın tamamilə Rusiyadan qopmasına və iqtisadiyyatının Türkiyə ilə paralel şəkildə inkişafına gətirib çıxara bilər. Həmçinin bu, Ermənistanın müəyyən siyasi müstəqilliyinə , Kremldən qurtulmasına səbəb ola bilər. Nikol Paşinyan bu məsələyə belə yanaşır. Digər tərəfdən, Rusiya Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına qarşıdır, həmişə məhz Qarabağ məsələsindən istifadə edərək Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılmasını qəbul etməyib. Bu gün Türkiyə-Ermənistan sərhədlərində Rusiya hərbçiləri dayanıb. Yəni göründüyü kimi, Kreml proseslərin əleyhinədir”.

Günay Rəsulqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri