Icma.az
close
up
RU
FEDin qərarı dollara necə təsir edəcək? AÇIQLAMA

FEDin qərarı dollara necə təsir edəcək? AÇIQLAMA

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

ABŞ Mərkəzi Bankası (FED), 18 dekabr 2024-cü il tarixində keçirilən son iclasında uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4,25-4,50% aralığına endirdi.

Banco.az xəbər verir ki, bu qərar, FED-in 2024-cü ildə həyata keçirdiyi üçüncü faiz endirimi oldu. FED sədri Jerome Powell, inflyasiyanın hədəfə doğru irəlilədiyini, lakin hələ də bir qədər yüksək qaldığını qeyd edərək, 2025-ci ildə daha az faiz endirimi ediləcəyini vurğuladı.

FED-in bu qərarı, qlobal bazarlarda dolların dəyərinin artmasına səbəb olub.

Bu barədə açıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, faizlərin proqnozlaşdırılan həddə endirməsinə baxmayaraq dolların kəskin dəyər qazanmasına əsas səbəb odur ki, FED 2025-ci il üçün inflyasiya gözləntiləri üzrə proqnozlarını (median 2.1%-dən 2.5%-ə qədər) artırdı.

“Bu isə FED-in 2025-ci ildə faiz endirimlərinin sayı ilə bağlı gözləntiləri azaltdı. 2025-ci ildə 4 faiz endirimi 2 dəfəyə endirildi. 2025-ci ildə dolların orta faiz dərəcəsinin 3.9% (öncəki proqnoz 3.4% idi) olacağı qeyd olundu (bu günki endirimdən sonra hazırda 4.25%-4.5%-dir). Trumpın tarif müharibələri ilə bağlı dedikləri inflyasiya gözləntilərini artırır. Nəticədə daha az faiz endirimi, daha güclü dollar deməkdir. Avro, qızıl və digər valyuta və əmtəələrdə ciddi enişlər var. Hələlik neft istisnadır. Neftin qiymət enişinin qarşısını alıb dəyər qazanmasına səbəb olan xəbər Qazaxıstanın OPEC+ istehsal kəsintiləri üzrə üzərlərinə düşən kvotalara riayət edəcəkləri ilə bağlı bəyanatlarıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) sədri Jerome Powell, son açıqlamalarında bitcoin-in statusu və FED-in bu kriptovalyutaya münasibəti barədə fikirlərini bölüşüb.

Powell bildirib ki, FED-in qanunvericiliyi bitcoin kimi kriptovalyutalara sahib olmağa icazə vermir və bu mövqeyi dəyişdirmək niyyətində deyillər. O, bu cür qərarların Konqresin səlahiyyətində olduğunu vurğulayıb.

Bundan əlavə, Powell bitcoin-in yüksək dəyişkənliyinə diqqət çəkərək, onun ABŞ dollarına rəqib olmadığını, əksinə, qızılın rəqibi kimi çıxış etdiyini qeyd edib. O, bitcoin-in spekulyativ bir aktiv olduğunu və insanların onu ödəniş vasitəsi və ya dəyər saxlama vasitəsi kimi istifadə etmədiklərini bildirib.

Powell-ın bu açıqlamaları, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın bitcoin-lə bağlı təklifləri fonunda diqqət çəkir. Trump, ABŞ-ın strateji bitcoin ehtiyatı yaratmağı təklif edib, lakin Powell FED-in bu cür təşəbbüslərdə iştirak etməyəcəyini bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:329
embedMənbə:https://banco.az
archiveBu xəbər 19 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see338

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see296

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see288

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see279

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see225

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see224

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see213

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see181

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see173

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see170

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see170

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see168

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see163

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri