Icma.az
close
up
RU
Paşinyanın yeni “sülh” oyunu: Bakı nə edəcək?

Paşinyanın yeni “sülh” oyunu: Bakı nə edəcək?

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

“Azərbaycan və Ermənistan preambula, o cümlədən müqavilə mətninin 17-dən 15-i üzrə razılığa gəliblər”.

Bunu Ermənistanı xarici işlər naziri Ararat Mirzoyan Maltada ATƏT XİN Şurasının 31-ci iclasında çıxışında deyib.

“Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasında müəyyən irəliləyiş əldə ediblər. Biz preambulanın 17 maddəsinin 15-i və saziş layihəsi üzrə razılığa gəlmişik və kifayət qədər siyasi iradə olarsa, onu tez bir zamanda yekunlaşdırmaq və imzalamaq olar. Ermənistan daim saziş imzalamağa və Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu sübut edib”, - deyə Mirzoyan bildirib.

Nazirin bu açıqlaması hansı məsələlərin razılaşdırılmadığı və tərəflərin sülh müqaviləsinə nə qədər yaxın olması ilə bağlı sualı gündəmə gətirib. 

Yəni söhbət çərçivə sülh sazişinin mətninə dair danışıqlardan gedir. Əgər Azərbaycan və Ermənistan çərçivə sənədini imzalaya bilsələr, o zaman yekun sülh müqaviləsinin reallaşması üçün ciddi siyasi baza yaranacaq. 

2024-cü ilin sonuna doğru danışqlar prosesinin sürətlənəcəyi proqnozlaşdırılsa da, çərçivə sazişinin layihəsi ilə bağlı növbəti müzakirələrin və ya ikitərəfli yazışmaların aparıldığı barədə yeni məlumat yoxdur. 

Qeyd edək ki, rəsmi İrəvan əvvəllər 17 maddənin 13-nün, sonra isə 16 maddənin 13-nün razılaşdıldığını bildirirdi. Paşinyan hökuməti çərçivə sazişinin məhz bu 13 maddə əsasında imzalanmasını israrla təklif edirdi. 

İndi Ararat Mirzoyan razılaşdırılmış maddələrin sayının 15-ə çatdığını deməklə əlavə iki məsələ üzrə də tərəflərin ortaq mövqeyə gəldiyini demək istəyir. 

Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sonuncu razılaşma noyabrın əvvəlində əldə olunub. Həmin vaxt Arart Mirzoyan Azərbaycan tərəfi ilə sənədə “bir və ya iki düzəliş” üzərində işlədiklərini, bundan sonra onun imzalanmağa hazır olacağını bildirib.

Noyabrın 5-də isə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Azərbaycan tərəfindən sülh müqaviləsi layihəsinin 11-ci nüsxəsini aldıqlarını və razılaşdırılmamış bir-iki məsələnin qaldığını demişdi.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu günlərdə verdiyi açıqlamada Azərbaycanla sülh sazişinin mətninin 90 faizinin razılaşdıldığını bildirib.

Göründüyü kimi, 17 maddədən tərəflərin ortaq məxrəcə gələ bilmədiyi “bir-iki məsələ”ni çıxdıqda 15 maddə qalır.

Bu isə son bir ayda ciddi irəliləyişin olmadığını deməyə əsas verir. 

Mübahisəli qalan maddələr isə ilk növbədə, Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlıdır. Ararat Mirzoyanın açıqlaması rəsmi İrəvanın bu məsələdə güzəştə getmək istəmədiyini, Azərbaycanın isə Ermənistan referenduma getmədən sülh sazişi imzalamayacağını göstərir.

Azərbaycanın ikinci tələbi isə Ermənistanla şərti sərhəddən Avropa müşahidə missiyasının çıxarılması ilə bağlıdır. Bununla bağlı Ermənistanın özündə də mövqe birmənalı deyil. Ermənistan hakimiyyəti monitorinq missiyasını şərti sərhəddə saxlamaqla guya Azərbaycandan təhlükə gözlənildiyinə dair rəy yaratmağa çalışır. 

Bir sıra erməni siyasi ekspretləri isə hesab edir ki, avropalı müşahidəçilərin orada olması Ermənistanın təhlükəsizliyini nəinki təmin etmir, əksinə həm sülhə mane olur, həm də Rusiya ilə münasibətlərə zərbə vurur. 

Ancaq Avropa İttifaqının və Fransanın Paşinyan hakimiyyəti üzərində təsirininin böyük olması görünür, Ermənistan hökumətinin güzəştə getməsinə mane olur. Bundan başqa, kommunikasiyaların açılması ilə bağlı da razılaşmanın olduğuna dair birmənalı məlumat yoxdur. Belə ki, Ararat Mirzoyan daha çox Zəngəzur dəhlizindən deyil, “Sülh kəsişməsi” layihəsi barədə danışır və Türkiyə ilə Qars-Gümrü dəmir yolunun açılmasını müzakirə etdiklərini deyib. 

Bu isə sülh sazişinə təsir göstərən amillərdən biri kimi Azərbaycanı qane etmir. Ona görə də Ermənistan bu şərtlərlə bağlı mövqeyini dəqiq açıqlamalıdır. Əks təqdirdə, sülh razılaşması barədə rəsmi İrəvanın iddiaları siyasi imitasiya olaraq qalacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Dekabr 2024 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri