Icma.az
close
up
RU
Paşinyanın Zəngəzurda qurduğu oyun: 3 il əvvəl başladı İki ölkə təşvişdə

Paşinyanın Zəngəzurda qurduğu oyun: 3 il əvvəl başladı İki ölkə təşvişdə

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

2024-cü il avqust ayının əvvəllərində ABŞ-ın iki hərbi təyyarəsinin İrəvanda aerodroma eniş etməsi səs-küyə səbəb olmuşdu. Həmin zaman bu hadisə regionun geosiyasi reallıqları baxımından az qala yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi. Məlumata görə, sözügedən təyyarələrdə hərbçilər və müvafiq texnikalar var idi. Bildirilirdi ki, amerikalı əsgərlərin bir hissəsi Zəngəzur bölgəsinə dislokasiya olunublar. Bu isə regionda Qərb hərbi varlığının artması, ABŞ–Ermənistan münasibətlərinin yeni müstəviyə keçməsi və Rusiyanın bölgədəki ənənəvi təsirinin zəifləməsi kimi şərh edildi.

Həmin ABŞ hərbçiləri Ermənistan ərazisində qaldımı, yoxsa geri döndülər? Bu proses Ermənistanın Qərbə yönəlmiş strateji kursunun başlanğıcı idimi? “Tramp yolu”nun əsası 1 il öncə bu şəkildə qoyula bilərmi?

Globalinfo.az-a danışan politoloq Şəhla Cəlilzadə deyib ki, Ermənistan 44 günlük müharibədə məğlub olduqdan sonra hərbi-siyasi reorientasiyaya start verib:

“Bu konteksdə Ermənistanın Hindistan və Fransa hesabına silah arsenalını yeniləməsi, ABŞ-la birgə 2023-cü ildən bəri hər il hərbi təlimlər keçirməsi, ötən ilin iyulunda Vaşinqtonun İrəvandakı hərbi nümayəndəsinin müdafiə nazirinin müşaviri təyin olunması, həmçinin ABŞ-ın Ermənistanı kəşfiyyat məlumatları, kibertəhlükəsizlik mərkəzi və hərbi ambulans maşınları ilə təmin etməsi xüsusi vurğulana bilər. Vaşinqtonun İrəvana silah-sursat göndərməsi ilə bağlı açıq məlumatlar olmasa da, 2024-cü ilin dekabrında Ermənistan müdafiə nazirinin Pentaqona səfəri, hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müzakirələr, ABŞ hərbi təyyarələrinin Ermənistan hava limanında görünməsi və sair gizli anlaşmaların ola biləcəyindən xəbər verir. Artıq 3 ildir ki, iki ölkə birgə hərbi təlimlər keçirir. Sonuncu dəfə 12–20 avqustda keçirilən belə tədbir çərçivəsində amerikalı hərbçilər, həmçinin ABŞ silahları Almaniyadakı hərbi bazadan Ermənistana daşınmışdı. Lakin artıq onlar geri qaytarılır”.

Həmçinin oxuyun:

Tovuz döyüşləri niyə başladı? – 5 il öncəki toqquşma geopolitik zəlzələ yaratdı

Şəhla Cəlilzadə

Ekspert bildirib ki, hərbi təlimlər Zəngəzur ərazisində keçirildiyi üçün müvafiq dislokasiya ola bilər:

“Lakin bu, daimi deyil. Əks təqdirdə, öncə İran və Rusiya buna sərt reaksiya verərdi. Odur ki, İrəvan bu prosesi yalnız Moskvadan tamamilə qopduqdan sonra reallaşdıra bilər. Bu da Ukraynada yaşanan proseslər nümunəsində hazırda mümkünsüz görünür. Ermənistan Qərblə hərbi-siyasi əməkdaşlıqlarını genişləndirməklə (Bolqarıstan, Çexiya, Yunanıstan, Kipr, Almaniya, İtaliya ilə son bir neçə ildə əldə olunan “müdafiə əməkdaşlıq sazişləri”, ABŞ-la strateji tərəfdaşlıq sazişi) yanaşı, Rusiya ilə balansı qorumağa çalışır”.

Qeyd edək ki, “Tramp yolu”nun (Zəngəzur dəhlizi-red.) açılması ilə bağlı ABŞ-la Ermənistanda sazişin imzalandığı, ərazinin 99 il müddətinə Vaşinqtona icarəyə verildiyi bildirilir.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri