“Pasxa atəşkəsi”ndən sonra Rusiya atəşkəsi pozdu
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qoşunları arasında 120 döyüş toqquşması baş verib. Aprelin 12-si səhər saatlarına olan məlumata görə, 2299 atəşkəs pozuntusu qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Aprelin 11-i saat 16:00-dan (Bakı vaxtilə 17:00-red.) sonra, yəni “Pasxa atəşkəsi” qüvvəyə mindikdən günün sonuna olan məlumata görə, 1723 atəşkəs pozuntusu qeydə alınıb. Xüsusilə, Rusiya ordusunun 25 hücumu, 365 atəş açması, 566 dron hücumu (Lancet, Molniya) və 767 FPV dron hücumu qeydə alınıb.
Lakin raketlər, idarə olunan bombalar və ya “Şahed” tipli PUA-larla heç bir zərbə qeydə alınmayıb.
Bu mövzuda digər xəbərlər:Ukrayna Baş Qərargahı: “Pasxa atəşkəsi”ndən sonra Rusiya kütləvi şəkildə atəşkəsi pozub
12 Aprel 2026 12:07
Rusiya “Pasxa atəşkəsi”nə əməl edirmi?
20 Aprel 2025 10:27
Rusiya Ukrayna müharibəsi “Pasxa atəşkəsi” olacaqmı?
03 Aprel 2026 11:44
Ruslar Pasxa atəşkəsi ndən bu məqsədlə istifadə etdi
21 Aprel 2025 08:30
Rusiya Pasxa atəşkəsi nə hazır deyil Zelenski
03 Aprel 2026 15:17
Baxış sayı:129
Bu xəbər 12 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















