Icma.az
close
up
RU
Patrik Andrade: Yunanıstanda uğurlu nəticənin davamını gətirmək istəyirik MÜSAHİBƏ

Patrik Andrade: Yunanıstanda uğurlu nəticənin davamını gətirmək istəyirik MÜSAHİBƏ

Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın legioneri Patrik Andrade Sportal.az saytına müsahibə verib.

- “Aris”lə görüşdə qələbə qazanmağı bacardınız. Matç sizin üçün necə alındı?

Yaxşı oyun alındı. Biz bunun üçün çalışmışdıq. Toplanışda da ən yaxşı şəkildə hazırlaşdıq və “Aris”i analizlər etdik. Oyun ərzində də qol şanslarımız az deyildi. Sonda 2 qol vurmağı bacardıq. Hamımız bu nəticəyə görə sevinirik. Yaxşı nəticə əldə etdik. Oyun artıq geridə qaldı və həftə ərzində cavab görüşünə hazırlaşacağıq.

-  Bu matçı yaxşı səviyyədə keçirdin, baxımlı qola da imza atdın. Bu haqda fikrin necədir?

Bu, tək mənimlə bağlı deyil, komandamız çox yaxşı mübarizə apardı. Biz yaxşı işlədik, kompakt şəkildə, birlikdə çıxış etdik. Sonda da qələbə qazanmağı bacardıq.

- Cavab görüşü haqda hansı fikirdəsən? Səncə, 2:1 hesabı növbəti mərhələyə vəsiqə qazanmağınıza kömək edəcək?

Biz addım-addım irəliləyirik. Həftə ərzində yaxşı işləyəcəyik. Hər halda, cavab görüşündə də ilk matçdakı kimi oynayacağıq. Sona qədər mübarizə aparacağıq. Ümidvaram ki, hər şey istədiyimiz kimi olacaq.

- Yunanıstandakı səfər görüşləri hər zaman çətin alınır. Hər halda azarkeşlər də buna səbəbkardır. Səncə, “Araz-Naxçıvan” səfərdə bu atmosferə hazırdır?

Əlbəttə. Biz hər şeyə hazırıq. Çünki hazırlaşmışıq, yaxşı kollektivimiz var. Atmosferdən asılı olmayaraq, biz sona qədər mübarizə aparacağıq.

- “Aris”in vurduğu qoldan öncə “Araz-Naxçıvan” tərəfi hakimdən penalti tələb edirdi. Səncə, həmin epizodda penalti var idi?

Düzünü desəm, görmədim. 

- Bəs həmin epizodun iştirakçısı olan Simakalanın özü nə dedi?

Bəli, Simakala penalti olduğunu bildirdi. Çünki dedi ki, ona toxunuş olmuşdu. Hər halda, bu haqda danışmaq istəmirəm. Həmin görüş geridə qaldı. Qarşıda bizi cavab matçı gözləyir. İşləyəcəyik. Yunanıstanda da uğurlu nəticənin davamını gətirmək istəyirik.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sportal.az
archiveBu xəbər 25 İyul 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri