Pau Kubarsi: “Çoxlarının ağzını yumduq”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
Futbol üzrə İspaniya millisinin müdafiəçisi Pau Kubarsi DÇ-2026-dakı uğurlu çıxışlarını şərh edib.
İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu turnirdən əvvəl komandanın müdafiə xətti və qapıçı mövqeyi ilə bağlı səsləndirilən tənqidləri xatırladıb.
“Müdafiə və qapıçı mövqeyimizlə bağlı müəyyən söhbətlər gedirdi. Ancaq düşünürəm ki, çoxlarının ağzını yumduq. Müasir futbolda ən vacib məsələlərdən biri qapını toxunulmaz saxlamaqdır”, - deyə Kubarsi bildirib.
İspaniya DÇ-2026-nın yarımfinalında Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Komanda turnirdə keçirdiyi yeddi qarşılaşmanın altısında qol buraxmayıb.
İspaniya finalda İngiltərə - Argentina yarımfinal görüşünün qalibi ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 15 İyul 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















