Pavel Durov: Avropa ölkələrindən birindən seçkilərə müdaxilə etməklə bağlı tələb aldıq
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Messencer Rumıniyada keçiriləcək prezident seçkiləri ərəfəsində Qərbi Avropa ölkələrindən birindən seçkilərə müdaxilə etməklə bağlı tələb alıb”.
APA xəbər verir ki, bu barədə Telegram-ın baş direktoru Pavel Durov bəyanat yayıb.
Onun sözlərinə görə, tələb bu gün keçirilən prezident seçkilərindən əvvəl daxil olub və Rumıniyada “mühafizəkar səslərin susdurulması” məqsədini daşıyıb. Durov bu tələbi qətiyyətlə rədd etdiyini vurğulayıb.
Rəsmi Telegram kanalında dərc etdiyi açıqlamada Durov ölkənin adını birbaşa çəkməyib, lakin baget emojisindən istifadə edərək dolayısı ilə Fransaya işarə edib. Bu emoji bir çoxları tərəfindən Fransa kimi şərh olunub.
Durov söz azadlığı və seçkilərlə bağlı mövqeyini də açıqlayıb. O bildirib ki, “demokratiyanı məhv edərək onu qorumaq olmaz” və “seçkilərə müdaxiləni dayandırmaq üçün seçkilərə qarışmaq olmaz”. Onun fikrincə, söz azadlığı və ədalətli seçkilər bir-birindən ayrılmaz anlayışlardır və Rumıniya xalqı hər ikisinə layiqdir.
“Söz azadlığı və ədalətli seçkilər ayrılmaz anlayışlardır. Rumıniya xalqı isə həm söz azadlığına, həm də ədalətli seçkilərə layiqdir,” – deyə iş adamı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 18 May 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















