Icma.az
close
up
RU
Payızda ən çox hansı güllər satılır? “Zirə Gülçülük”dən REPORTAJ

Payızda ən çox hansı güllər satılır? “Zirə Gülçülük”dən REPORTAJ

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 oktyabr, Günel Türksoy, İlqar Cəfərov, Şövqi Əzizov, AZƏRTAC

Azərbaycanda gülçülük populyar sahəyə çevrilib. Respublikanın müxtəlif bölgələrində və paytaxt ərazisində gülçülük təsərrüfatları salınıb. Bu həm gülçülüyün inkişafına, həm də yeni iş yerlərinin yaradılmasına töhfə verir.

Hazırda Bakının Zirə kəndində də xeyli gülçülük təsərrüfatı var. Onların içərisində “Zirə Gülçülük” QSC bitki çeşidlərinin növünə və ərazisinin böyüklüyünə görə digərlərindən fərqlənir. Müəssisə Cənubi Qafqazda ən böyük gülçülük təsərrüfatı hesab olunur, ərazisi 22 hektardır. Burada 300-ə yaxın dekorativ kollar, ağaclar, ağacsayağı, gül açan və açmayan ev bitkiləri və s. mövcuddur. Təsərrüfatda dibçək gülləri də yetişdirilir.

AZƏRTAC-ın əməkdaşları payız fəslində gülçülük təsərrüfatında görülən işlərlə tanış olmaq, eləcə də yetişdirilən güllərə yerində baxmaq üçün “Zirə Gülçülük”də olublar.

Təsərrüfatla tanışlığımız dekorativ ev bitkilərinin satıldığı ərazidən başlayır. Burada yaşılyarpaqlı və müxtəlif rənglərdə açan güllər gözəllik görmək istəyənləri valeh edir. Qapalı şəraitdə yetişdirilən bu güllərə düzgün qulluq olunduqda daim çiçək açır. Bitkilərin qiyməti ölçü, görünüş və növlərinə görə dəyişir. Onların ən bahalısı 45 manatadır. Ağac bitkilərinin maksimum qiyməti isə 500 manatdır.

Daha sonra çöl şəraitində bitkilərin yetişdirildiyi plantasiyaya baş çəkirik. Burada, əsasən, qırmızı və sarı rəngdə olan güllər var. Qiymətlər isə 1-50 manat arasındadır.

“Xarı bülbül”ü dünyaya təqdim etmək istəyirlər

“Zirə Gülçülük” QSC-nin mağaza müdiri, 14 ildir bitki mütəxəssisi kimi fəaliyyət göstərən Rufan Əmiraslanov təmsil etdiyi müəssisənin ölkəmizdə parkların, iaşə obyektlərinin, ofislərin, həyətyanı sahələrin bitkilərlə bəzədilməsində iştirak etdiyini deyib. O bildirib ki, bu işlərlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan yaşıllaşdırma və abadlaşdırma prosesinə də qatılırlar. Eyni zamanda, yetişdirdikləri bitkiləri yaxın vaxtlarda MDB ölkələrinə ixrac etməyi planlaşdırırlar. “Bizim üçün, əsasən, Rusiya bazarı maraqlıdır. Çünki SSRİ dönəmində Bakı kəndlərində yetişdirilən qərənfillər, əsasən, Rusiya bazarına çıxarılırdı. Məqsədimizdən biri də odur ki, Zəfər gülü olan “Xarı bülbül”ü istehsal edib, dünyaya təqdim edək. Bilirsiniz ki, “Xarı bülbül” gülü nəsli kəsilməkdə olan bitkilərdən biridir. Bu gül yalnız Azərbaycanda yetişir. Onun elmi adı “ofilis”dir. Yunan dilində “qaş” deməkdir”.

“Orxideya” xanımların sevimli gülünə çevrilib

Rufan Əmiraslanov ilboyu gül açan bitkilərdən də danışıb. O deyib ki, pelarqonium (ətirşah) holland növündə olan, boyu qısa bitkidir. İlin 10 ayı gül açır. Qış ayları mülayim keçsə, üzərində gül görmək mümkündür. “Alıcılar həyətyanı bağ sahələrini yay aylarında daha çox bəzəmək istəyirlər. Ona görə də yazdan payızadək açan güllər alırlar. Paralel olaraq uzun müddət bağda yaşayan sakinlər də var. Onlar da istəyirlər ki, həyətlərində həmişə yaşıllıq olsun. Yerops bitkisi sarı rəngdə güllər açır. Papatyaya, çobanyastığına bənzər güldür. Avqust istisna olmaqla, ilin bütün aylarında gül açır”.

Mütəxəssisin fikrincə, güllərin şahı qızılgüldür. “Bunu heç kim inkar etmir. Ancaq bu il Beynəlxalq Qadınlar Günündə statistika dəyişdi. “Orxideya” xanımların sevimli gülünə çevrildi. Biz özümüz də onun istehsalına başlamışıq. “Orxideya”nın qiymətləri bizdə münasibdir. Ucqar regionlardan belə zəng edib, bu bitki ilə bağlı məlumatlar istəyirlər. El arasında “qadın xoşbəxtliyi gülü” kimi tanınan spatifilium, “kişi xoşbəxtliyi gülü” kimi tanınan antifiliumları kütləvi şəkildə istehsal edirik. Həmin bitkilərin qiyməti 15 manatdan başlayır. Demək olar ki, bitkilərin ştillərini Avropadan və Türkiyədən gətiririk. Əvvəl buket formasında bitkilər hədiyyə verərdilər, indi isə dibçəkdə olan güllərə üstünlük verilir. Dibçək formasında olan güllərin insana faydası var, qalıcıdır, oksigenlə zəngindir”, - deyə o vurğulayıb.

Gülləri sevmək lazımdır

Mağaza müdiri bitkilərə qulluq prosesi barədə də məlumat verib. Bildirib ki, bitkilər ya kök sistemi, ya da üz hissədən xəstələnir. Bunun qarşısını almaq üçün isə bitkilərə qaydalara uyğun qulluq göstərilməlidir: “Onları sevmək lazımdır. Biz azot, fosfor, kalium tərkibli dərmanları bitkilərə veririk. Azot bitkinin yaşıllığına kömək edir, fosfor kök sisteminin formalaşmasına, kalium isə gül açmasına yardımçı olur. Bu elementlərdən istifadə etdikdə bitkilər formalaşır”.

Yeddi ildir “Zirə Gülçülük”də çalışan İlhamə Rüstəmova güllərə qulluq etməkdən böyük zövq aldığını deyir: “Bütün günü işimiz güllərlə bağlı olduğu üçün onları övladımız kimi əzizləyirik. Həmçinin onlardan müsbət enerji alırıq. Alıcılar da güllərə qulluq etməklə bağlı bizdən məsləhət alırlar. Müştərilər soruşurlar ki, sizdə güllər necə belə - canlı və solmadan qalır? Biz onlara dərmanlarla qulluq etdiyimizi bildiririk. Gülün dibləri quruyan zaman onları sulayırıq. Sarı yarpaqları və torfdakı alaqları mütəmadi təmizləyirik. Dərmanlı su veririk. Geranium, xrizantema, yerops kimi bitkilər il ərzində gül açır. Alıcılar mövsümə uyğun olan bitkiləri gəlib alırlar. Payız gülləri olan xrizantema, sıklamen, papatya hazırda daha çox satılır”.

Beləliklə, plantasiyada rənglərin harmoniyası, təbiətin sakitliyi və bu gözəlliklərin arxasındakı zəhmət bizi valeh etdi. Payızın soyuğuna rəng qatan bu güllər bir daha göstərdi ki, təbiət sadəcə gözəllik deyil, o həm də ruhun enerjisidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:623
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri