Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Payızın gizli dərdi Saçlar niyə ovuc ovuc tökülür?

Payızın gizli dərdi Saçlar niyə ovuc ovuc tökülür?

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Payız gələn kimi daraqda və duşda əvvəlkindən daha çox saç görənlərin sayı artır. Bəs bunun səbəbi nədir? Mütəxəssislər bildirirlər ki, bəzi hallarda bu, mövsümi və müvəqqəti proses olsa da, uzun müddət davam edən saç tökülməsinə laqeyd yanaşmaq olmaz.

“Yeni Sabah” xəbər verir ki, rusiyalı dermatoloq-trixoloq İnna Petrosovanın sözlərinə görə, insanlar saç tökülməsinin artdığını daha çox yayın sonu və payız aylarında hiss edirlər. Onun sözlərinə görə, mövsüm dəyişikliyi müəyyən rol oynaya bilər. Araşdırmalarda insanların bir hissəsində saçların istirahət və sonradan tökülmə mərhələsinə keçməsinin yayın sonu və payızın əvvəlində artdığı müşahidə edilib. Bu səbəbdən avqust-oktyabr aylarında saç yuyarkən və darayarkən daha çox saç görmək mümkündür.

Lakin trixoloq vurğulayır ki, səbəbi yalnız payızda axtarmaq düzgün deyil. Yay aylarında keçirilən infeksiyalar, yüksək hərarət, əməliyyat, güclü stress, kəskin arıqlama və düzgün qidalanmama saç tökülməsini bir neçə ay sonra artıra bilər. Belə reaktiv saç tökülməsi adətən səbəb olan hadisədən dərhal sonra deyil, təxminən 2-3 ay sonra başlayır. pizza mizza

Saç niyə gecikərək tökülür?

Saçların öz böyümə dövrü var. Saçların böyük hissəsi böyümə mərhələsində olur, müəyyən hissəsi isə istirahət mərhələsinə keçir. İstirahət mərhələsinin sonunda həmin saç tökülür və yerində yeni saçın böyüməsi başlayır. Buna görə də insan yayda yaşadığı stressi və ya keçirdiyi xəstəliyi payızda saç tökülməsi şəklində görə bilər.

Amerika Dermatologiya Akademiyası da bildirir ki, gündə təxminən 50-100 saç telinin tökülməsi normal hesab olunur. Stress, yüksək hərarət, xəstəlik, əməliyyat və kəskin çəki itkisi isə müvəqqəti olaraq daha güclü saç tökülməsinə səbəb olur.

Sərt pəhriz də saçları tökə bilər

Payızda saç tökülməsinin başqa səbəblərindən biri qidalanmadır. Xüsusilə yay aylarında sürətli arıqlamaq üçün sərt pəhriz saxlayan insanlarda saç tökülməsi sonradan arta bilər. Trixoloqlar bildirir ki, kəskin çəki itkisi, aclıq və qida qruplarının tamamilə rasiondan çıxarılması saç tökülməsini gücləndirir. Zülal, dəmir və sink kimi maddələrin kifayət qədər qəbul edilməməsi saçların böyümə dövrünə təsir göstərir.

Nə vaxt narahat olmaq lazımdır?

Mövsümi saç tökülməsi adətən bütün baş nahiyəsində bərabər şəkildə olur və gec payız-qış aylarına doğru azalır. Əgər saç tökülməsi 2-3 aydan çox davam edirsə, saçların ümumi sıxlığı azalırsa, saç ayrımı genişlənirsə və ya baş dərisində seyrəlmiş, tamamilə tüksüz sahələr yaranırsa, artıq səbəbi araşdırmaq lazımdır. Baş dərisində qaşınma, qızartı və qabıqlanma da varsa, dermatoloq və ya trixoloqa müraciət etmək məsləhətdir.

Mütəxəssislər qeyd edirlər ki, belə hallarda yalnız saç tökülməsinə qarşı şampun və maskalara ümid etmək düzgün deyil. Çünki saç tökülməsinin səbəbi dəmir çatışmazlığı, qalxanabənzər vəzinin problemləri, hormonal dəyişikliklər, stress, qidalanma və ya başqa xəstəliklərlə əlaqəli ola bilər. Səbəb müəyyən edilmədən aparılan müalicə nəticə verməyə bilər.

Əsmətxanım Rzazadə 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 22 Sentyabr 2026 07:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see327

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see323

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see304

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see300

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see282

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see275

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see274

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see269

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see256

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see253

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see245

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see236

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see230

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see226

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see224

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see217

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see207

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see204

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see204

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri