Icma.az
close
up
RU
Paylaşım nəticə verdi: Tənha onkoloji xəstə dövlət himayəsinə götürüldü

Paylaşım nəticə verdi: Tənha onkoloji xəstə dövlət himayəsinə götürüldü

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Cəlilabad rayonu, Uzuntəpə kənd sakini, 54 yaşlı Həsənov Sücayət Sabir oğlu dövlət tərəfindən himayəyə götürülüb. Bu haqda Cəlilabad rayon icra başçısının Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi məlumat verib. Bildirilib ki, tənha şəxs Cəlilabad Rayton Xəstəxanasına yerləşdirilib, ona bütün lazımi köməklik göstərilib. Müayinə olunub, müalicəsi həyata keçirilir.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə həmkarımız, İqtisadiyyat.az saytının şef-redaktoru Səid Qərib həmin tənha şəxs haqqında paylaşım edərək vəziyyətinin həddindən artıq ağır olduğunu ictimaiyyətə çatdırıb.

S.Qərib qeyd edib ki, Cəlilabad rayon Uzuntəpə kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Sücayət Sabir oğlunun bu məşəqqətli dünyada taleyi elə gətirib ki, yaxın qohumlarından onu qəbul edəcək kimsə yoxdur, uzaq qohumları tərəfindən də tərk edilib. Heç kimi olmadığına görə, çöllərdə-küçələrdə qalmağa məcbur olub. Ağır onkoloji xəstəlikdən əziyyət çəkir, bir müddət əvvəl rayon xəstəxanasında əməliyyat olunub, əməliyyat sonrası stasionar prosedurlar bitdikdən sonra evə buraxılıb. Amma bunun evi-eşiyi, ata-anası, oğlu-qızı, qohumu-əqrəbası olmadığı üçün çöllərdə yaşamağa məhkum olunub. Qışın bu oğlan çağında özünə isti bir yer tapa bilməyən Sücayət bu yaxınlarda kənddəki məscidlərdən birinə pənah aparıb, Allahın evinə sığınıb. Səxavətli kənd sakinləri də onu yorğan-döşək və gündəlik azuqə ilə təmin etməyə başlayıblar. 

Bəlkə də ömrünün son günlərini yaşayır, bəlkə də hamıdan çox yaşayacaq - heç kim bilmir. Amma gözlə görünən odur ki, onun ciddi nəzarətə, müalicəyə, diqqətə və qayğıya ehtiyacı var. Onu xilas etmək, ona sahib çıxmaq lazımdır. Bu paylaşımdan sonra Cəlilabad Rayon İcra Hakimiyyəti məsələylə maraqlanıb və icra hakimiyyətinin Uzuntəpə kənd ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən S.Həsənovla bağlı zəruri işlərin icrasına başlanılıb. 

S.Qərib “Sherg.az”a aıqlamasında operativ reaksiya verən dövlət orqanlarına təşəkkürünü bildirdi: “Çox sevinirəm ki dövlətimiz tənha şəxsi himayəyə götürdü. Dövlətimizlə qürur duyuram”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri