Icma.az
close
up
RU
Paytaxt qara, çovğuna “təslim” olmadı…

Paytaxt qara, çovğuna “təslim” olmadı…

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Ötən illərin təcrübəsi və hazırlıq işləri  şəhərin ahəngdar həyatını təmin edib

Son illərdə Bakıda qışın qarsız ötüşməsi şəhər təsərrüfatında, eləcə də paytaxt sakinlərində, sanki, bir arxayınlıq yaratmışdı. Şəhərin xidmət qurumları və əhali bu qışda da, olsa-olsa,  oyuq küləklərin əsəcəyini, yağış yağacağını, boz ayın isə “boz” üzünü göstərməyəcəyini düşünürdü. Lakin bu dəfə belə olmadı. 

Hidrometereologiya xidmətinin məlumatları özünü doğrultdu: yağan qar havanın şaxtalı olması səbəbindən yerdə buza çevrildi. Amma bu hal ciddi hadisələrlə müşahidə olunmadı. Çünki qışın necə keçəcəyindən asılı olmayaraq paytaxt müəyyən qədər qışa hazırlaşmışdı…        

Qeyd edək ki, həmişə olduğu kimi, bu il də payızın ilk vaxtlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqları əsasında şəhərdə qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatların, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə vaxtaşırı müşavirələr keçirilmişdi. Müşavirələrdə rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyəti araşdırılmış, görülməsi zəruri işlər müzakirə edilmişdi.  

Paytaxt rayonlarında keçirilən müşavirələrdə rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin qarlı günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirmələri üçün hazır olmaları qeyd edilmiş, hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alətin, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilmişdi.

Rayonlardakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanmış, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı, idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınmışdı. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin qarlı günlərdə Avropa ölkələrində də reallaşdırılan qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraklarına cağırış edilmişdi.  

Qışa hazırlığın diqqət mərkəzində saxlanılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin hər bir rayona təyin etdiyi cavabdeh şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə yerlərdə qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin, eyni zamanda, qarşıda duran vəzifələrin icra vəziyyətini mütəmadi yoxlayırdılar. 

Bakı Şəhər İcra Hakimiyyətinin qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaratdığı qərargahlar təlimatlandırılmışdı. Kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərlərinin diqqətinə həmin günlərdə üzərlərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsinin zəruriliyi də çatdırılmışdı. Keçirilən müşavirələrdə kəskin soyuq, qarlı-şaxtalı keçən günlərdə rayonların ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyi də bildirilirdi.  

Bütün bunlarla bərabər, Bakıda əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, eyni zamanda, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki xüsusi texnikalar saz vəziyyətə gətirilib,   inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub. Rayonlarda təsdiqlənən tədbirlər planına əsasən, qərargah və operativ işçi qrupları yaradılıb, qış texnikası və nəqliyyat vasitələri hazır vəziyyətə gətirilib, texnikalara xidmət edən işçilərə isə təlimatlar verilib.

Qeyd edək ki, paytaxtın ayrı-ayrı rayon icra hakimiyyətləri ilə bərabər, xidmət müəssisələri də qışa hazırlıq planlarının icrasını xüsusi diqqətdə saxlayır. “Bakı Metropoliteni” QSC-nin sözügedən istiqamətdə fəaliyyəti bu baxımdan mühüm önəm daşıyır.

“Bakı Metropoliteni”ndən verilən məlumata görə, qışa hazırlıqla bağlı QSC-də xüsusi işçi qrupu yaradılıb. İşçi qrupu elektrik depoları, metropoliten stansiyaları və digər obyektlərdə həm infrastrukturun, həm sərnişindaşıma xidməti sektoruna daxil olan sahələrin, həm də işçilərin əmək şəraitinə uyğun bütün sahələrdə araşdırma aparıb və buna uyğun qərarlar verib. Metronun bütün stansiyalarının çıxışları qum və duzla təmin olunub, yəni qarlı və şaxtalı hava şəraitində stansiya keçidlərində, pilləkənlərdə olan buz örtüyünün əridilməsi üçün bütün lazımi ehtiyatlar görülüb. ­Bundan əlavə, ləvazimatların hər biri alınaraq stansiyalara təhvil verilib.

Güclü qar yağan zaman yeraltı qatarların bir yoldan digərinə keçərək xəttə çıxması maneələr yarada bilər. Buna görə də üfürücü qurğuların, eyni zamanda, işçi personalının hazırlığı ilk dəfə bu işə cəlb olunacaq əməkdaşların xüsusi təlimatlandırılması, onların qəfil qar yağarsa, gecə növbəsində işə çıxarılması üçün əlaqə nömrələri, işə çatdırılma vasitələri, işdə olarkən çalışdıqları dövr ərzində məişət ehtiyaclarının ödənilməsi və geyim ­məsələləri tam həllini tapıb. 

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin və paytaxt rayonlarının kommunal strukturları paytaxtda intensiv yağan qarın təmizlənməsi ilə əlaqədar artıq bir neçə gündür ki, gucləndirilmiş iş rejimində fəaliyyət göstərir. Qurumun mətbuat xidmətindən verilən xəbərə görə, şaxtalı hava şəraitində gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilir.

Səhər tezdən kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin, təhsil, səhiyyə və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işləri həyata keçirilir. Bununla əlaqədar paytaxtın müxtəlif ərazilərdə texniki duz toplanan məntəqələr mövcuddur. Ümumilikdə, bu işlərə 100-ə yaxın xüsusi texnika və 2000-dəb çox işçi qüvvəsi cəlb edilib. Təmizlik işləri gün ərzində davam edir.  

Paytaxtın kommunal xidmətləri şəhərin müxtəlif ərazilərində operativ təmizlik işlərinin həyata keçirilməsini diqqətdə saxlayırlar. Kommunal xidmətlərin avtonəqliyyat vasitələri və əməkdaşları tərəfindən prospekt və küçələrin kənarlarının çirklənmədən təmizlənməsi, səki kənarları, bordyurların və buradakı işıq dirəklərinin yuyulması, yol kənarlarına yığılan çirkabların təmizlənməsi davamlı olaraq həyata keçirilir. Küçə və prospektlərdə yerləşən ictimai iaşə və digər obyektlərin fasad və vitrinləri təmizlənir.

Eyni zamanda, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Trestinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını qardan  təmizləyir, sinmış ağaclar budanır, digər lazımı işlər həyata keçirilir. Təmizlik işləri gün ərzində paytaxtın bütün rayonlarında aparılır və görülən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə ­saxlanılır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarlı hava şəraiti ilə əlaqədar paytaxt yollarındakı vəziyyətə dair mütəmadi məlumatlar yayıb. Qurumdan verilən son məlumata görə, qarlı hava şəraitinin olması axşam və gecə saatlarında, eləcə də hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində ciddi problemlər yaratmayıb. “Mərkəzin müşahidə kameralarının təsir zonasında yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması müşahidə edilməyib. Gecə saatlarında Zığ dairəsi–Hava limanı yolunda, Heydər Əliyev prospektində, Mərdəkan şosesi və Buzovna–Zağulba yolunda buzlaşma olduğundan sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə sürət həddi endirilib, müvafiq olaraq bütün tablolarda “buzlu yol” işarəsi qoyulub. Bununla yanaşı, təhlükəsizliyi təmin etmək, baş verə biləcək qəzaların, texniki nasaz avtomobillərin yolda qalması səbəbindən yaranan nəqliyyat sıxlığını vaxtında aradan qaldırmaq üçün yol polisinə mütəmadi məlumatlar ötürülür”, – deyə məlumatda bildirilib.

Qarla müşahidə olunan kəskin hava şəraiti nəqliyyat vasitələri ilə yanaşı, piyadaların hərəkəti üçün də ciddi çətinliklər yaradır. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qarlı hava şəraiti ilə əlaqədar indiyədək 347 nəfərin müraciəti qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin məlumatına görə, onlardan 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Müraciət edənlərdən 32 nəfərə yerində yardım olunub. 

Belə xoşagəlməz halların baş verməməsi üçün piyadalar buzlu yollarda son dərəcə ehtiyatlı olmalıdırlar. Yeri gəlmişkən, son günlər ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Müraciətdə qeyd olunur: “Yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur”.

Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsi də hava şəraiti ilə bağlı gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir. İdarədən bildirilib ki, xüsusilə, magistral yollarda nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları fasiləsiz xidmət aparır. Eyni zamanda, aidiyyəti qurumlarla birgə yolların təmizlənməsi və nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması istiqamətində müvafiq tədbirlər görülür.

Yol Polisi qarlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına təhlükəsizlik qaydalarına ciddi əməl etməyi bir daha xatırladaraq bildirir ki, sürücülər sürət həddini hava və yol şəraitinə uyğun seçməli, qəfil manevrlərdən çəkinməli, avtomobillərin texniki vəziyyəti, xüsusilə şinlərin vəziyyəti yoxlanılmalı, əyləc sisteminin işlək olduğuna əmin olunmalı, görüş məsafəsinin məhdudlaşdığı hallarda yaxın işıqlar yandırılmalı və digər nəqliyyat vasitələri ilə təhlükəsiz məsafə saxlanılmalı, eləcə də dumanlı havada və ya buzlu yollarda sürücülər xüsusilə ehtiyatlı olmalı, sərt tormozlamadan çəkinməlidirlər. Eyni zamanda, piyadalar da yolun görünməsinə və sürücülərin onları vaxtında görə bilməsinə diqqət etməlidirlər.  

XQ-nin analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 00:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see250

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see176

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see175

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see169

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see164

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see160

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see150

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see146

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see144

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see144

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see143

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see141

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see141

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see139

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see138

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri