Paytaxt sakinini döyərək telefonunu ələ keçirən şəxslər saxlanılıblar
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda quldurluq cinayəti qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, naməlum şəxslər axşam saat 20 radələrində zərərçəkənə fiziki zor tətbiq edərək 2 min 500 manat dəyərində mobil telefonunu ələ keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən olunaraq saxlanılıblar.
Digər tədbir nəticəsində Alatava qəsəbə sakininin evindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Ramazanov tutulub.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 19 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















