Paytaxt sürücülərinə xəbər: Bu küçələrdə vəziyyət dəyişəcək
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
Bakının 12 inzibati rayonu üzrə ümumilikdə 110-a yaxın küçə və prospektdə təmir işləri həyata keçirilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən genişmiqyaslı təmir proqramının əsas məqsədi yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması, hərəkətin təhlükəsizliyinin artırılması və paytaxt sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat təmin edilməsidir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Proqram çərçivəsində 800 min kvadratmetrdən artıq yol örtüyünün yenilənməsi nəzərdə tutulur. Bu həcmdə və bu qədər geniş ərazini əhatə edən təmir işləri indiyədək Bakıda eyni vaxtda həyata keçirilməyib.
Hazırda proqram çərçivəsində 20-yə yaxın küçə və prospektdə təmir işləri tam başa çatdırılıb, daha 10-a yaxın yol sahəsində işlər davam etdirilir. Digər ünvanlarda isə təmir işləri mərhələli şəkildə aparılacaq.Təmir işlərinin yay mövsümündə həyata keçirilməsi də təsadüfi deyil. Təhsil müəssisələrində tətil dövrünün olması, eləcə də vətəndaşların əhəmiyyətli hissəsinin məhz bu aylarda məzuniyyətə çıxması səbəbindən şəhərdə nəqliyyatın hərəkət intensivliyi nisbətən azalır. Bu isə həm sürücülər üçün yaranan müvəqqəti narahatlığın minimuma endirilməsinə, həm də işlərin daha operativ və səmərəli şəkildə icrasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:Bu küçələrdə vəziyyət dəyişəcək RƏSMİ
03 Avqust 2026 20:38
Paytaxt yollarındakı son vəziyyət
14 Fevral 2025 10:32
Paytaxt yollarında son vəziyyət
28 Fevral 2025 21:10
Bu gün paytaxt yollarında vəziyyət necədir? Foto
30 Dekabr 2024 09:29
Paytaxt bazarlarında son vəziyyət necədir?
09 Yanvar 2025 18:39
Baxış sayı:52
Bu xəbər 03 Avqust 2026 22:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















